-
İnternetdə gənc fəalların – Əbülfəz Qurbanlının, Turqut Qəmbərin və İlkin Rüstəmzadənin inzibati cəza müddəti dövründə təmizlik işləri görərkən çəkilmiş şəkilləri yayılıb.
Haqqin.az saytının, konkret ünvan göstərmədən «hökumətpərəst saytlar»a istinadla yaydığı fotolar sosial şəbəkələrdə, özəlliklə FB-də qəzəblə qarşılanıb. Bloqqerlərdən Günel Mövlud, Hacı Hacıyev, Həbib Müntəzir və başqaları özlərinin təmizlik işləri gördükləri vəziyyətdəki şəkillərini yerləşdirərək gənc fəalları dəstəklədiklərini və gözdənsalma aksiyasını pislədiklərini diqqətə yetiriblər.
«BİZƏ QARŞI ZORAKILIQ EDİLİB»
AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı deyir ki, bu fotolar onlardan xəbərsiz çəkilib:
«Bundan bizim xəbərimiz olmayıb. Hər dəfə kamerada müəyyən təmizlik işləri görürdük. Bəzən günlərlə su gəlmədiyindən öz sağlamlığımızı qorumaqdan ötrü belə işlər görməyə məcbur qalırdıq. Bu, sırf təxribat xarakterlidir və bizi gözdən salmaq üçündür. Əbəs yerə olan işdir».
NİDA Gənclər Hərəkatı idarə heyətinin üzvü Turqut Qəmbər bu barədə İlkin Rüstəmzadə həbsdən çıxandan sonra geniş açıqlama verəcəyini bildirdi:
«Belə çıxır ki, bu şəkilləri gizli kamera ilə çəkib yayıblar. Biz gözləyirik ki, İlkin də çıxsın. Odan sonra lazımı açıqlamalar verəcəyik».
Gənc fəallar saxlanma məntəqəsində zorla saçlarının qırxıldığını, onlara yemək verilmədiyini də deyirlər. Əbülfəz Qurbanlının dediyinə görə, saçqırxma məcburi həyata keçirilib:
«Bizə qarşı zorakılıq etdilər, saçımızın qırxılmasını istədilər. Biz buna etirazımızı bildirdik. Onlar 6-7 nəfərlə məcburi şəkildə saçımızı qırxdılar. Biz bunu mənəvi işgəncə və zorakılıq kimi qiymətləndiririk. Eyni zamanda vəkillə əlaqə saxlamağımıza, gündəlik yeməklə təmin olunmağımıza, gəzintiyə çıxmağımıza imkan yaratmırdılar».
«MƏQSƏD – GƏNCLƏRİ MÜBARİZƏDƏN ÇƏKİNDİRMƏKDİR»
Mayın 13-də 30-dan çox vətəndaş cəmiyyəti fəalı gənclərin cəza müddətində hüquqlarının pozulmasına etirazlarını dilə gətirərək bəyanat yayıb.
Bəyanatda deyilir ki, fotoları yaymaqda məqsəd gəncləri mübarizədən çəkindirmək, onları aşağılamaqdır. Bəyanat müəllifləri bildirir ki, polis tərəfindən qorunan xüsusi məntəqədə gənclərin fotolarının yayılması qanunsuz və cəzalandırılmalı əməl sayılır. İnternet saytlarının qapalı rejimdə çəkilən fotoları necə əldə etməsi də suallar doğurur.
Müəlliflər fotoların yayılmasında müvəqqəti təcridxana rəhbərliyinin əli olduğunu söyləyir və Daxili İşlər Nazirliyinin buna görə məsuliyyət daşıdığını vurğulayırlar. Gənclərə vəkillərlə görüş verilməməsi,
aparılan ərzaqların qəbul olunmaması, zorla saçqırxımı işgəncə və insana yaraşmayan davranış kimi dəyərləndirilir.
DİN SUSUR
Gənclər 10 günlük həbs müddətini Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi inzibati həbs olunanların saxlanma məntəqəsində keçiriblər. DİN-in mətbuat xidmətindən baş verənləri şərh etməyəcəklərini bildirdilər.
OMBUDSMAN APARATI DİN-Ə MÜRACİƏT EDİB
Ombudsman Aparatı gənc fəalların saçlarının qırxılması və fotolarının yayılması ilə bağlı DİN-ə müraciət edib. Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov deyir ki, məsələyə aydınlıq gətirilməlidir:
«O şəkilləri kənar şəxs çəkə bilməzdi. Ona görə də biz müraciət etdik ki, buna aydınlıq gətirilsin, görək bu, hansı qaydada olub. Saçların qırxılması təlimatda olsa da, bunun şəxslərin iradəsinə qarşı edilib-edilməməsinə aydınlıq gətirilməsi üçün müraciət etmişik.
Həm də tək bu məsələ deyil, 7 gün boyunca hamamdan istifadə edə bilməmələri də aydınlaşdırılmalıdır. Düzdür, orada su nasosu xarab olubmuş, ancaq yenə biz bu məsələni də göstərmişik».
Vüqar Məhərrəmov deyir ki, Daxili İşlər Nazirliyinin 480 saylı əmrinə əsasən, şəxs məntəqəyə qəbul olunarkən sanitariya-gigiyena qaydalarına görə təmizlənmə işləri aparılmalıdır. Əmrin 2.6.6 və 2.7-ci bəndlərində yazılıb ki, «şəxs inzibati qaydada həbs olunmuşların saxlama məntəqəsinə qəbul olunarkən dezinfeksiya otağında onunla bağlı təmizləmə işi aparılır». Vüqar Məhərrəmovun fikrincə, həmin məntəqə müasir standartlara cavab verir. Ancaq ora tüfeyli həyat keçirənlər də gətirildiyindən, bit-birə təhlükəsi varsa, saç da qırxılmalıdır. Ancaq:
«Orada yazılıb ki, təmizlənmə işi aparılmalıdır. Təmizlənmə işi aparmaq deyəndə, konkret nə nəzərdə tutulub? Kimin rəyinə əsasən olmalıdır? Orada müvafiq rəy olmalıdır. Orada konkret göstəriş yoxdur ki, saçı qırxılmalıdır. Yazılıb ki, təmizlik işləri aparılmalıdır. Təmizlik işləri deyiləndə, bu, mütləq şəkildə göstərilməlidir».
Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamın anım aksiyasına qatıldıqları üçün saxlanılmışdılar. Əbülfəz Qurbanlı və Turqut Qəmbər 10 sutka, İlkin Rüstəmzadə isə 15 sutka inzibati həbs cəzası almışdı.