-
Gənc fəal Cəmil Hacıyev tez-tez müxalifətin icazəsiz aksiyalarına qatılır. Elə buna görə dəfələrlə cərimə olunub, inzibati cəza alıb. Deyir, parlamentin inzibati həbs cəzasını 15 gündən 2 aya qaldırması onu narahat etsə də, aksiyalara qatılmaqdan çəkindirməyəcək.
Mayın 14-də Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək yığıncaq və mitinqlərin, nümayiş və küçə yürüşlərinin, piketlərin təşkili və keçirilməsi qaydasını pozanların inzibati həbs müddətini artırıb.
Qaydaları pozan təşkilatçı fiziki şəxs 1500 manatdan 3 min manatadək cərimə ediləcək və ya o, şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlərə cəlb olunacaq. Həmin şəxsə 2 ayadək (buna qədər 15 günədək nəzərdə tutulmuşdu) inzibati həbs cəzası da verilə bilər. Vəzifəli şəxslər 3 min manatdan 6 min manatadək, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək cərimə ödəməyə məcbur qalacaqlar.
Qanunla müəyyənləşdirilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketə qatılmağa görə 300 manatdan 600 manatadək cərimə və ya 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ayadək inzibati həbs gözə alınmalıdır.
«BİR AKSİYAÇI KİMİ BU CƏZALAR MƏNİ QORXUTMAYACAQ»
Cəmil Hacıyev deyir ki, bu, göz qorxutmaqdırsa, o bundan qorxmur:
«Belə şeylərdən çəkinmək lazım deyil. Bugünkü rejim hakimiyyəti əldə saxlamaqdan ötrü belə addımlar atır. Ancaq bu addımlar o qədər də səmərə verməyəcək.
Hakimiyyət bununla öz gücünü göstərmək istəyir, ancaq bu, güc deyil, diktatorluq göstəricisidir».
«SÜRÜCÜ CƏRİMƏ ÖDƏMƏYƏCƏKSƏ, HƏBS OLUNMAYACAQ, AKSİYAÇI İSƏ...»
Parlamentin 14 may tarixli iclasında inzibati cəza ilə bağlı dəyişiklikləri alqışlayanlar çox olsa da, buna etiraz edənlər də tapılıb.
Deputat Qüdrət Həsənquliyev dəyişikliyi vətəndaşların Konstitusiya hüquqlarının məhdudlaşdırılması sayıb və başqa bir məqama da diqqət çəkib:
«Bu, cəmiyyətdə əlavə qorxu yaratmağa, insanların öz konstitusion hüquqlarından istifadə etməsinin qarşısını almağa hesablanıb... Kimsə yol hərəkəti qaydalarını pozur, cəriməni ödəmirsə, onu həbs eləmək olmaz. Amma kimsə icazəsiz bir aksiyaya çıxır, məhkəmənin kəsdiyi cəriməni ödəyə bilmirsə, onu 2 ay həbs edirlər. Belə ayrı-seçkilikdə məqsəd nədir? Burada, açıq-açığına, iqtidar öz niyyətini ortaya qoymuş olur. Bu, tamamilə yolverilməzdir».
Hüquqşünas Əshabəli Mustafayev deyir ki, inzibati həbs müddətinin artırılması hakimiyyətin etirazçı elektorata sərt münasibətini üzə çıxarır:
«Bu, artıq hüquqi məsələ deyil, daha çox siyasi məsələdir və ictimai-siyasi fəallıq göstərən insanları cəzalandırmaq üçündür. Cərimələrin artırılması, ardınca inzibati həbs müddətinin uzadılması cəzalandırmaq, çəkindirmək məqsədi daşıyır və etirazların qarşısının alınmasına yönəlmiş bir addımdır».
ƏLİ HÜSEYNLİ: «DƏYİŞİKLİKLƏR İNZİBATİ QANUNVERİCİLİYİ ZƏNGİNLƏŞDİRİR»
Parlamentin 14 may tarixli iclasında döymə, digər zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək, xırda talama və başqa əməllərə görə inzibati həbs cəzalarının da müddəti artırılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı baş prokuror Zakir Qaralovun təqdim etdiyi qanun layihəsini belə dəyərləndirir:
«Prokurorluğun bu təşəbbüsü bizim inzibati qanunvericiliyimizi zənginləşdirir və eyni zamanda imkan vermir ki, bu hallar cinayət məsuliyyəti doğursun. Hesab edirəm ki, artıq ictimaiyyətin də kifayət qədər dəstəklədiyi, mövqe bildirdiyi bir sıra xətalar var ki, onlara görə daha ciddi inzibati cəza nəzərdə tutmalıyıq. Bunlar da ancaq inzibati həbsin, sanksiyanın artımı ilə həyata keçirilə bilər».
«CƏRİMƏNİ 1 MİLYON EDİN, İNZİBATİ HƏBSİ DƏ ÖMÜRLÜK»
Toplantı qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsinə internet istifadəçiləri fərqli yanaşırlar.
Kamal adlı istifadəçi yazır: «Başa düşmürəm, bunlar niyə bu qədər xırdaçılığa gedirlər. 1500, 3 min, 15 min, 30 min manat cərimə, 2 ay həbs cəzası. Lap bir milyon manat cərimə kəsin, ömürlük həbs, edam cəzası verin. Başqa cür mümkün deyil».
Musa adlı istifadəçi də dəyişikliklərdən narazıdır: «Hökumət xalqı ilə istilaçı və ya müstəmləkəçi kimi davranır. Göz qorxutmaqla insanları özlərinə tabe etdirirlər».
Kommunist adlı istifadəçi etirazını belə ifadə edir: «Ümumiyyətlə ağ istisna olmaqla bütün rənglər cəzalandırılmalıdır».