«Qaynana» filminin operatoru vəfat edib

Fikrət Əsgərov

-
Azərbaycan kinosunun tanınmış quruluşçu operatoru Fikrət Əsgərov vəfat edib.

apa-nın məlumatına görə, F.Əsgərov mayın 31-i 70 yaşında ürək tutmasından ölüb.

F.Əsgərov 1943-cü ildə Gəncə şəhərində doğulub.

1959-cu ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib.

Mərhum F.Əsgərov Azərbaycan kino tarixində «Qaynana», «Yük», «Bizi bağışlayın», «Toy» kimi filmlərin quruluşçu operatoru olub.