Birinci xanımın siyasi yüksəlişi
Mehriban Əliyeva anası Aida İmanquliyeva ilə birlikdə. Aida İmanquliyeva SSRİ-də şərqşünaslıq üzrə elmlər doktoru olmuş ilk qadınlardan biridir.
Mehriban (sağda), bacısı Nərgiz valideynləri Arif Paşayev və Aida İmanquliyeva ilə birlikdə. A.Paşayev hazırda Bakı Milli Aviasiya Akademiyasının, Nərgiz isə Moskva Dövlət Universitetinin Azərbaycan filialının rektorudur.
İlham Əliyev Mehribanla birlikdə. Bu şəkil 1983-cü ilin aprelində evlənmələrinə az qalmış çəkilib.
Keçmiş prezident Heydər Əliyev (ortada) ailə üzvlərinin - (soldan sağa) qızı Sevil, kürəkəni Mahmud Məmmədquliyev, həyat yoldaşı Zərifə, nəvəsi, gələcək gəlini Mehriban və oğlu İlhamın əhatəsində.
Heydər Əliyev oğlu İlham, gəlini Mehriban və nəvələri - Arzu və Leyla ilə birlikdə.
Mehriban Əliyeva Rusiyanın Birinci xanımı Lyudmila Putina ilə görüşür. Sentyabr 2003
İlham və Mehriban Bakıda Novruz şənliklərində
Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülərkən.
Mehriban Əliyeva qızı Leyla (sağda) ilə birlikdə «Nargis» dərgisinin təqdimatında. «Wikileaks»in açıqladığı sənədlərdə deyilir ki, ABŞ diplomatları bu ana ilə qızı ayırd etməkdə çətinlik çəkirmişlər. Bu isə Mehriban və qızlarının plastik əməliyyatlar keçirdikləri barədə şayiələrə yol açıb.
Xeyriyyəçilik fəaliyyəti ilə tanınan Birinci xanım Mehriban Əliyeva Azərbaycanda yenidən qurulmuş təhsil müəssisəsinin açılışında.
İlham Əliyev xanımını «Azərbaycanın ən gözəl qadını» adlandırıb.
İlham Əliyevə görə, «prezidentin xanımı olsa da, qadın elə qadındır. O, ailədə sülh, harmoniya və sevginin qarantıdır».