Üç polis zabitinə general-mayor rütbəsi verildi

-
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin üç zabitinə general-mayor ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. General-mayor rütbəsi bu şəxslərə verilib:

Səhlab Bağırov - Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini

Səbuhi Novruzov - Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini

Mehman Təhməzov - Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi.