S. Novruzov: Milli Şura YAP-ın bir rayon təşkilatına alternativ ola bilməz

Siyavuş Novruzov

-
«Milli Şuranın vahid namizədlə və ya ayrı-ayrı siyasi partiya sədrlərinin seçkiyə qatılması Yeni Azərbaycan Partiyası (YAP) üçün heç bir əhəmiyyəti kəsb etmir»- bunu SİA- ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi seçilməsinə münasibət bildirərkən deyib.
Siyavuş Novruzov Milli Şuranın yaxın vaxtlarda parçalanacağını deyir:
«Milli Şura deyilən qurum YAP-ın bir rayon təşkilatına belə alternativ ola bilməz. Bu təşkilat vahid namizədlə seçkiyə qatıla bilməyəcək. Seçki yaxınlaşdıqca, hər siyasi partiya sədri öz namizədliyini irəli sürəcək. Ümumiyyətlə Milli Şuranın atdığı istənilən addım, onların seçkilərə vahid nazmizədlə qatılıb-qatılmayacağı Yeni Azərbaycan Partiyası üçün heç nə ifadə etmir».