-
MSK ÜZVÜ NECƏ SEÇİLİR?
Azərbaycanın Seçki Məcəlləsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) 18 nəfərdən ibarətdir.
Onlardan 6-nın namizədliyini parlamentdə çoxluq təşkil edən partiya, 6-nı parlamentdə azlıqda olan siyasi partiyalar, 6-nı isə parlamentdəki birətəf deputatlar irəli sürürlər.
Həmçinin MSK üzvü olan şəxslərin namizədliyini hansısa partiya versə də, o Milli Məclisdə bu vəzifəyə təsdiq olunandan dərhal sonra mənsub olduğu partiyanı tərk etməlidir. Yəni, MSK üzvü heç bir partiyaya üzv ola bilməz.
Bununla belə, MSK üzvləri onların namizədliyini irəli sürmüş qrupun maraqlarını təmsil edirlər.
Odur ki, MSK üzvü olan şəxslər formal olaraq öz partiyalarından çıxırlar. Amma reallıqda onların siyasi mənsubiyyətləri qalır.
HAKİMİYYƏT MSK-DA ÇOXLUĞU NECƏ ƏLDƏ EDİR - HESABLA
Başqa bir reallıq odur ki, həm parlamentdə, həm də MSK-da “bitərəflər” kimi təqdim olunan şəxslərin həqiqətən də bitərəf olmalarına faktiki olaraq heç kim inanmır.
Onlar çıxışlarında hakim siyasi kursu YAP üzvü olanlar qədər ardıcıllıq və inadkarlıqla müdafiə edirlər.
Bununla da hakimiyyət MSK-da avtomatik olaraq 18 səsdən 12-i əldə edir.
Bundan savayı, Milli Məclisdə azlıqda olan partiyaların, eləcə də onların MSK-ya göndərdikləri namizədlərin hakimiyyətin siyasi kursunu müdafiə edən çıxışları artıq heç kimi təəccübləndirmir.
Nəticədə də MSK-da hakim YAP-ın maraqlarına uyğun qərarlar bir qayda olaraq böyük səs çoxluğu ilə qəbul edilir.
Hakim partiya 18 MSK üzvündən bir qayda olaraq 15-16-nın səsini rahatlıqla təmin edir.
MSK-DA HAMININ BƏRABƏR TƏMSİL OLUNMASI FİKRİ DAHA YADDAN ÇIXIB?
Müxalifət və müstəqil dairələrdən MSK-nın tərkibinin bərabər əsaslarla təşkil edilməsi tələbləri tez-tez gündəliyə gətirilsə də hakimiyyət qətiyyətlə bundan imtina edir.
Beləliklə, bu ilin oktyabrında prezident, 2014-cü ildə bələdiyyə və 2015-ci ildə parlament seçkilərini təşkil edəcək heyəti - MSK üzvlərini tanıdaq.
MSK1
.MSK ÜZVÜ NECƏ SEÇİLİR?

NAMİZƏDLİYİ YAP-DAN VERİLƏNLƏR
Namizədliyi parlament çoxluğu olan Yeni Azərbaycan Partiyasından verilən MSK üzvləri: | |
|
Məzahir PƏNAHOV 1951-ci ildə anadan olub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci ildən MSK-nın sədridir. |
|
Şaitdin ƏLİYEV 1947-ci ildə anadan olub. Keçmiş deputat hazırda MSK-nın sıravi üzvüdür. |
|
Fuad CAVADOV 1957-ci ildə anadan olub. Hüquq elmləri doktorudur. MSK-nın sıravi üzvüdür. |
|
Ramiz İBRAHİMOV 1951-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
|
Validə KAZIMOVA 1949-cu ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
|
Qabil ORUCOV 1976-cı ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
BİTƏRƏFLƏRİN TƏMSİLÇİLƏRİ
Namizədliyi parlamentdəki bitərəf deputatlar tərəfindən verilən MSK üzvləri:
|
|
Natiq MƏMMƏDOV 1966-cı ildə anadan olub. Hüquqşünasdır. MSK sədrinin müavinidir. |
|
Arifə MUXTAROVA 1976-cı ildə anadan olub. Hüquqşünasdır. MSK-nın katibidir. |
|
Tofiq HƏSƏNOV 1971-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
|
İlham MƏMMƏDOV 1961-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
|
Nizami NADİROV 1947-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
|
Azər TAĞIYEV 1948-ci ildə anadan olub. Vəkillər Kollegiyasının sədri, MSK-nın sıravi üzvüdür. |
PARLAMENT AZLIĞININ TƏMSİLÇİLƏRİ
Namizədliyi parlamentdə azlıqda olan siyasi partiyalardan verilən MSK üzvləri:
|
Mikayıl RƏHIMOV 1962-ci ildə anadan olub. İnşaat mühəndisi və iqtisadçıdır. MSK-nın katibidir. |
|
Tamam CƏFƏROVA 1959-cu ildə anadan olub. Tarixçidir. MSK-nın sıravi üzvüdür. |
|
Bəxşeyiş ƏSGƏROV 1963-cü ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür. |
|
Almas QƏHRAMANLI 1961-ci ildə anadan olub. Elektrik-rabitə mühəndisidir. MSK-nın sıravi üzvüdür. |
|
Akif QURBANOV 1981-ci ildə anadan olub. Həkimdir. MSK-nın sıravi üzvüdür. |
|
Etibar QULİYEV 1963-cü ildə anadan olub. İnşaat mühəndisidir. MSK-nın sıravi üzvüdür. |