Kələxana türbələri - Tərk edilmiş tarix (Şamaxı)

Kənd rayon mərkəzindən uzaqda yerləşməsə də yollarının durumuna görə ora bir saata çatmaq olur. Ancaq kənd yollarına baxmayaraq Orta Əsrlər sufilərinə aid olduğu güman edilən türbələri görməyinə dəyər.

Bu türbələr haqqında bilgi çox deyil. Kənd sakinlərinin də dediyinə görə, əlaqədar qurumlardan da gəlib maraqlanan olmur. Bu tarixi abidələr öz taleləri ilə baş-başa buraxılıb və acı taleyi göz önündədir.