Azərbaycanın Almaniyadakı səfirliyinin 2-ci katibi Tural Qurbanov vəfat edib

Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Tural Qurbanov iyulun 25-də məzuniyyətdə olarkən vəfat edib.

Azərbaycan Carici İşlər nazirliyin sözçüsü Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, o Maldiv adalarındakı istirahət mərkəzlərindən birində dincələrkən ürək tutmasından ölüb. Tural Qurbanovun 29 yaşı var.