Əli Hüseynli: «Azərbaycanda demokratiyanın qorunması sahəsində mühüm addımlar atılıb»

Əli Hüseynli

-
«Azərbaycanda demokratiyanın və insan haqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb».

Yeni Azərbaycan Partiyasının saytı «yap.org.az»ın məlumatına görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından qısa vaxt keçsə də, hüquqi dövlət quruculuğu istiqamətində çox böyük bir yol keçilib.

«Ölkəmizdə demokratiyanın və insan haqlarının ən yüksək səviyyədə qorunması üçün Milli Məclisdə mütərəqqi qanunlar qəbul edilib, beynəlxalq konvensiyalar təsdiqlənib. Azərbaycanda qəbul olunmuş bir neçə qanun beynəlxalq səviyyədə model qanun kimi istifadə edilir» deyə, komitə sədri vurğulayıb.