-
Bunu AzadlıqRadiosuna Milli Şuranın prezidentliyə vahid namizədi, hazırda Moskvada olan Rüstəm İbrahimbəyov deyib:
«Hər cür imkanlardan istifadə edib bu işi tez həll etməyə çalışıram. Alan kimi Milli Şuranın qərarı ilə Azərbaycana gələcəyəm. Mən lazımı sənədləri təqdim etmişəm. Təşəbbüs qrupu mənim sənədlərimi Mərkəzi Seçki Komissiyasına verəcək. Əsas məsələ odur ki, MSK mənə imza vərəqələri versin. Qanunla bunu verməlidirlər. Bundan sonra imza toplanmasına başlanacaq. O vaxtacan pasport məsələsi həll olunmalıdır. Mənə elə gəlir ki, Rusiya vətəndaşlığıma xitam verilməsi məsələsi avqustun 15-dən sonra aydınlaşacaq. Əsas odur ki, bu, imzatoplama məsələsinə mane olmasın».
Tbilisidə əldə olunan razılığa görə, Bakıya Milli Şuranın qərarı ilə qayıtmalı olduğunu deyən Rüstəm İbrahimbəyov başqa namizədlərin irəli sürülməsi ilə bağlı məktub göndərdiyini də deyir:
«Milli Şuraya məktub yazmışam ki, müxalif, demokratik qüvvələr arasından bir neçə nəfərin də namizədliyi irəli sürülsün. Milli Şuranın adından deyil, partiyaların adından bir neçə namizədin irəli sürülməsi düz olardı. Çünki indi bilinmir ki, kim qeydiyyatdan keçəcək, kim keçməyəcək. Amma indiki məqamda mənim namizədliyim mütləq vahid namizəd kimi təsdiqlənməlidir. Digər başqa yollar da var. Hazırda bununla beynəlxalq hüquqşünaslar məşğul olur. Amma nə olursa-olsun mən seçkidən qabaq Bakıya gəlməliyəm».
Rüstəm İbrahimbəyovun fikrincə, tez bir zamanda onun Azərbaycana qayıtması məsələsini daha çox hakimiyyət qabardır.
«Gəlsəm burdan idarə etdiyim proseslər dayanacaq. 99 faiz məni bir də Bakıdan buraxmayacaqlar. Burda böyük işlər görürəm. Bakıda proses gedir, mən də burdan bu prosesi idarə edirəm. Hakimiyyət bunu qəsdən edir ki, Milli Şuranı dağıtsın. Mənim tez bir zamanda Azərbaycana gəlməyimi qabardan elə bizim siyasi rəqibimizdir», - deyə o bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 9-da olacaq.
«Rusiya vətəndaşlığıma xitam verilməsi məsələsi avqustun 15-dən sonra aydınlaşacaq».