Şıltaq dahinin yumşaldılması…

Niyazi

-
Hər il avqustun 20-də maestro Niyazinin Bülbül prospekti-21-də yerləşən, indi muzeyə çevrilmiş mənzilinə xeyli adam toplaşır.

Tanınmış mədəniyyət xadimləri, Niyazi sənətinin vurğunları, gənc musiqiçilər bir-birinin ardınca çıxış edir, maestroya sayğılarını bildirirlər.

Fəqət bu qələbəlikdə, həm də sovet standartlarına görə çox geniş sayılan bu 5 otaqlı mənzildə indi nə maestro Niyazi var, nə Həcər xanım…

Maraqlıdır ki, avqust ayı maestronun həm doğulduğu, həm də dünyadan köçdüyü aydır.

Elə ailə həyatına da avqustun bircə addımlığında - iyulun 31-də qədəm qoyublar Niyazi və Həcər xanım.

AzadlıqRadiosunun «İz» proqramı da bu fürsətdən yararlanaraq hər ilin avqustunda məşhur Hacıbəyovlar soyadının davamçılarından birinin - ünlü bəstəkar və dirijor Niyazinin xatirəsini anır.

Ancaq Niyazidən danışıb onun həyatında önəmli rol oynamış qadından - Həcər xanımdan söz açmamaq mümkünsüzdür.

Bu radio dastanın adı elə o üzdən «Şıltaq dahinin yumşaldılması» və ya «Niyazi və Həcər xanım»dır.

Bu dastanı söyləməkdə Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov, maestronun sənət dostları, həmçinin Həcər xanımın «Ərim haqqında xatirələr»i (rusca) çox böyük yardımçımız oldu.

Bir xatırlatma. Öncədən söyləyim ki, bu sevgi tarixçəsi dastanlardakı kimi xoşbəxt sonluqla bitmir…

http://www.azadliq.org/externalaudio-FLRM/Audio/983612.html