-
O, kompyuterdə yox, əllə yazmasının səbəbini belə izah edir:
"Eşitmişəm ki, məşhur adamların əlyazması baha qiymətə satılır.Buna görə də əlyazmalarımı qızıma vəsiyyət edəcəm, bəlkə nə vaxtsa onları sata bildi".
Ötən il Nobel mükafatına layiq görülmüş çinli yazar Mo Yanın müxtəlif müsahibələrindən parçalar
- “Mo Yan” “sus” deməkdir. Mən 1955-ci ildə doğulmuşam. O zamanlar Çində çətin dövrlər idi. Buna görə də anamla atam mənə evdən kənarda artıq söz danışmamağı tapşırmışdılar: əgər ağzını açıb ağlına gələni danışsan, özünü işə salarsan.
Onların sözünə baxırdım və artıq söz danışmırdım. Yazmağa yeni başlayanda isə, qərara aldım ki, hər bir böyük yazarın təxəllüsü olmalıdır. Atamla anamın mənə necə susmağı tapşırmağı yadıma düşdü. Onda özümə “Mo Yan” ləqəbini götürdüm. Bu özümə də gülməli gəlir, axı indi dayanmadan danışıram.
***
- Məncə, gələcəkdə tarixi öyrənənlər tarix kitablarına müraciət etməlidirlər. Amma çoxdan ötüb keçmiş zamanlarda insanların nə hiss etdiyi, günlərini necə keçirdiyi haqqında məlumatı ədəbiyyatdan almaq olar.
Əgər mənim kitablarım bir neçə minillikdən sonra da oxunsa, oxucular bu günki həyatımızı təsəvvür edə biləcəklər.
***
(“Həyat və ölüm çarxı” romanının niyə əllə yazıldığı haqda)
- Mən kompyuterdə yazarkən, pinindən (Çin hereoqliflərinin latın hərf və hərf birləşmələrinə uyğunlaşdırıldığı yazı sistemi – N.H.) istifadə etməli oluram. Bu, yazmaq deyil, pinin yazarın söz ehtiyatını kasıblaşdırır, bu isə mənim qəlbimi incidir. Beləliklə, əllə heroqliflərlə yazsam fikrimi daha yaxşı ifadə edə biləcəyimi düşündüm. Bunun başqa bir səbəbi də var. Eşitmişəm ki, məşhur adamların əlyazması baha qiymətə satılır. Buna görə də əlyazmalarımı qızıma vəsiyyət edəcəm, bəlkə nə vaxtsa onları sata bildi.
***
- Bir qayda olaraq səksəninci illəri Çin ədəbiyyatının qızıl dövrü adlandırırlar. Hətta o dövrdə yazılmış qısa romanları bütün ölkə boyu müzakirə edirdilər. Doxsanıncı illər ədəbiyyatı isə başdan-başa pul və biznesdən bəhs edir.
***
- Çində internet ortaya çıxdıqdan sonra gənclərin çoxu əsas vaxtını internet şəbəkəsində keçirməyə başladı. Bədii ədəbiyyat oxuyanların sayı get-gedə azaldı. Bununla belə bu gün, əvvəllər heç vaxt olmadığı qədər çox yazı üslubları var. Fikrimcə, yazan insanların sayı çoxdur, olduqca çoxdur və hərə bir cür yazır. Bu hal amerikan və Avropa ədəbiyyatını xatırlatmağa başlayıb. Qeyd etmək lazımdır ki, yazan gənclərin çoxu romanlarını on-layn yayımlamağı üstün tutur. Çində 300 milyon bloq yazan insan var. Həm də onların mətnləri arasında olduqca gözəl mətnlər var.
(Cim Liçin “Əsl Mo Yan” müsahibəsindən“Humanities” jurnalı. 2011-ci il).
***
- İlk dəfə Markesi oxuyanda dəhşətə gəlmişdim və hirs məni boğmuşdu. Onda olan hər şeyin məndə də olduğunu düşünürdüm. Əgər Markesin mövzuları mənim də ağlıma gəlsəydi, eynilə onun kimi yazardım. Lakin, onun sayəsində əsərlərimdə çox şeyi yenidən gözdən keçirmək imkanı qazandım. Təsəvvür edin, əgər Markes olmasaydı, Çinin öz Markesi ortaya çıxacaqdı. Amma o var və təəssüf ki, hamıdan birinci ola bilib.
***
- Çin ədəbiyyatını dünya ədəbiyyatından ayırmaq olmaz. Markesin mənə təsirinə Çin yazıçısının xarici yazıçı ilə intellektual dialoqu kimi baxmaq olar. Belə xarici təcrübələr əsasında Çin yazarı dəyişir və öz stilini işləyib hazırlayır.
(Laifong Leung-un “Morning Sun: Interviews with Chinese Writers of the Lost Generation” kitabından bir parça, 1994-cü il)
***
- Reinkarnasiya konsepsiyası Çin kəndlilərinə yaxşı tanışdır. Əgər insan öldüyü an bir quzu dünyaya gəlirsə, reinkarnasiya ilə bağlı söz-söhbət yaranmağa başlayır. Mən özüm də nə vaxtsa buna inanmışam. Bu, kənd ab-havasından doğur... Səksəninci illərin əvvəllərinə qədər bizim qəsəbəmizdə elektrik enerjisi olmayıb. Hamı elə bilirdi ki, axşam saat doqquzdan sonra yerə, içində kabusların və şeytanların dolaşdığı zülmət qaranlıq çökür.
("China Daily" qəzetinə müsahibə, 2008)
***
- Orduda xidmətə xeyli borcluyam, çünki orda ədəbiyyatla məşğul olmağa bol vaxt tapmışam. Lakin, heç vaxt ordu haqqında yazmamışam. Bəlkə, nə vaxtsa özümü bu məsələ ilə məşğul olmağa hazır hiss edəcəm.
***
- Kommunist Partiyasının üzvüyəm və ordan çıxmaq fikrim yoxdur, çünki bu, qəzetlərdə böyük hərflə “NİYƏ?” başlıqlarına və həm də mənim üçün əlavə baş ağrılarına səbəb olacaq.
***
- Mən müasir gənclikdən yazmıram, bəlkə də onları anlaya bilmirəm. Daha çox keçmişə və öz xatirələrimə dalıram. Bəlkə də yaxın iyirmi ildə yenə nə isə yazası olsam, indiki zamandan da bəhs edərəm.
(Bertrand Mialaret-in“L’écrivain Mo
Yan, de la dictature du Parti à celle du marché” müsahibəsi. "Le Nouvelle Observateur" jurnalı 2009-cu il)
***
- 1996 -cı ildə iki günlüyünə Çinin sərhədyanı Mançjouli şəhəri yaxınlığındakı kiçik bir rus şəhərinə səfər etdim. Ordakı Rusiya haqqında təəssüratlarım rus ədəbiyyatını oxuyarkən yaranan təəssüratlarımdan tamam fərqli oldu. 2007-ci ildə Moskvaya dəvət olundum, orda kitab sərgisində iştirak etdim, bax orda Rusiyanı bütün möhtəşəmliyi ilə hiss edə bildim. Rusiya mənim üçün igidlik və gücün qələbə çaldığı ucsuz-bucaqsız sahədir, ancaq onun mahiyyətində incə və yumşaq bir gözəllik var.
***
- Uşaq vaxtı böyük qardaşımın məktəbdən gətirdiyi Puşkinin “Balıqçı və balıq” kitabını oxumuşdum, daha sonra Qorkinin “Uşaqlıq”ını oxudum. Həmçinin, o dövrün bütün çinli gəncləri kimi “Polad necə bərkidi” romanını da oxumuşdum. Sevimli rus yazarım Şoloxov və onun “Sakit Don”u yazıçı kimi üzərimdə dərin izlər buraxıb, mənə çox böyük təsir göstərib.
***
- Son 30 il ərzində Çin ədəbiyyatı parlaq uğurlar qazanıb. Onun inkişafına başqa müəlliflərin əsərləri ilə birlikdə, mənim “Qırmızı qaolyan”, “İri sinə, enli bud”, “Günah ölkəsi”, “Ölüm və həyat çarxı” kimi əsərlərim təkan verib.
(polusharie.com saytına müsahibəsindən, fevral 2010-cu il)
***
- Nobel komitəsi mənim əsərlərimi “hallüsinasiya realizmi” kimi xarakterizə edib. Məncə, bu mənim işimi dəqiq xarakterizə edir. Xeyli əvvəllər, 1987-ci ildə, Çin yazıçılarının Uilyam Folkner və Qabriel Qarsia Markesə münasibətləri haqqında bir məqalə yazmışdım. Bu müəlliflər mənə dərindən təsir ediblər. Onların köməyi, təsiri sayəsində mən kitab yazmağı öyrəndim. Mənim təsəvvürümdə onlar iki püskürən vulkan kimidir. Onlara çox yaxınlaşmaq olmaz, çünki səni yandıra bilər. Özümü itirməmək üçün mümkün olduğu qədər onların təsirlərindən uzaq dayanmağa çalışmışam.
(CCTV-yə müsahibəsindən, 12 oktyabr 2012-ci il.)
***
("Magik realizm, həmçinin daha ənənəvi yazı texnikaları senzura şəraitində yazıçını narahat edən mövzulardan danışmasına necə təsir göstərir" – sualını cavablandırarkən)
- Ədəbiyyat bəzi yönlərilə siyasi çalarlar daşıyır, məsəlçün gündəlik həyatımızda elə kəskin və həssas məqamlar var ki, onlara toxunmamaq daha yaxşı olardı. Belə sınma nöqtələrində yazıçı, həssas məqamları gerçək həyatdan ayırmaq üçün xəyal gücünü işə sala bilər, ya da o vəziyyəti şişirtmək üçün onu qabarıq halda təsvir etməyə çalışar. Bir sözlə, məncə, məhdudiyyət və senzura ədəbiyyatın yaranmasına gözəl təsir göstərir.
(Con Frimenin Mo Yanla müsahibəsindən, “Granta” jurnalı, 2012-ci il.)
Çevirdi: Namiq Hüseynli