2013-cü ilin 8 ayı ərzində Bakıda 646 yol-nəqliyyat hadisəsi baş verib

-
2013-cü ilin 8 ayı ərzində Bakıda 646 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 214 nəfər həlak olub, 681 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yayıb.
Sürət həddinin yüksək olması səbəbindən baş verən qəzalar yol qəzalarının 51%-i təşkil edir. 47% qəza piyadaların vurulması ilə bağlıdır.
Yol qəzaları daha çox Bakının Azadlıq, Babək və Tbilisi prospektlərində, Bakı-Salyan yolu və Bakı-Aeroport şossesində baş verib.
Qəzalar daha çox şənbə və bazar günləri daxil olmaqla, axşam saat 18:00-00:00 radələrində baş verir.