-
Bu baradə LGBT (lesbiyan, gey, biseksual və transgenderlər) fəallarına məxsus gay.az saytı məlumat verir.
Ötən şənbə günü baş tutmuş mini aksiyasının təşkilatçısı Baluxin Ruslan deyir ki, görüşləri insidentsiz, heç bir müdaxilə olmadan keçib.
Əllərində təşkilatın bayrağını tutan bir neçə fəal Azərbaycanın bayrağı fonunda fotolar çəkdirib, internetdə yerləşdiriblər.
Fotolarda fəalların üzləri görsənmir.
Azərbaycanda LGBT fəallarının hüquqlarını müdafiə edən bir neçə təşkilat fəaliyyət göstərir.
Fotolarda fəalların üzləri görsənmir.
Qeyd edək ki, ilk dəfə 2012-cü ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi ərəfəsində LGBT fəallarının Bakıda paradı – Gay Parad nəzərdə tutulmuşdu. Sonradan parad baş tutmamışdı.
Azərbaycan rəsmiləri Bakıda paradın keçirilməsinin qanuna zidd olmadığını, qanunda cinsi azlıqlarla bağlı müddəaların yer aldığını qeyd etmişdilər.