-
Sentyabrın 13-də Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırdı.
ReAL Hərəkatının sədri İlqar Məmmədovun namizədliyi qeydə alınmadı. Özü həbsdə olan iddiaçının namizədliyini müdafiə edən və MSK-ya təqdim edilən 41 min 247 imzadan 4 min 982-si etibarsız sayıldı.
MSK-nın sədri Məzahir Pənahov komissiya üzvü Akif Qurbanovun verdiyi və İlqar Məmmədovun namizədliyinin qeydə alınmamasını dəyərləndirməklə bağlı suala belə cavab verib: «Bizim atdığımız addımlarda qaranlıq heç nə yoxdur».
Sədr İlqar Məmmədovun imzalarının sayılması prosesinə beynəlxalq təşkilatların da qatıldığını diqqətə yetirib.
Cavabı yetərli saymayan Akif Qurbanov iclası tərk edib.
İlqar Məmmədov 23-24 yanvar İsmayıllı hadisələri ilə bağlı həbsdədir. «Amnesty International» onu «vicdan məhbusu» kimi tanıyıb.
MSK-nın bugünkü iclasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də prezidentliyə namizədliyi qeydə alınmayıb. Onun təqdim etdiyi 42 min 634 imzadan 5 min 571-i etibarsız sayılıb.
Namizədliyi Demokrat Partiyasından irəli sürülən Sərdar Məmmədovun (Cəlaloğlu) namizədliyi isə qeydə alınıb.
PREZİDENTLİK UĞRUNDA 10 NƏFƏR MÜBARİZƏ APARACAQ
Beləliklə, prezidentlik uğrunda mübarizə aparanların sayı dəqiqləşib – 10 nəfər: Sərdar Məmmədov (ADP), Cəmil Həsənli (Milli Şura), İlyas İsmayılov (Ədalət Partiyası), İlham Əliyev (Yeni Azərbaycan Partiyası), İqbal Ağazadə (Ümid Partiyası), Zahid Oruc (müstəqil namizəd), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Hafiz Hacıyev (Müasir Müsavat Partiyası), Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyası), Araz Əlizadə (Sosial Demokrat Partiyası).
Təşviqat kampaniyası sentyabrın 16-da başlanır.
NAMİZƏDLƏRİN SEÇKİ ŞÜARLARI
CƏMİL HƏSƏNLİ «BƏSDİR!» DEYƏCƏK
Milli Şuranın namizədi Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimovun dediyinə görə, sentyabrın 16-da ancaq təşviqat materiallarını paylayacaqlar:
«Biz təşviqatı Bakıda böyük bir mitinqlə başlamaq, sonra regionlara səfər etmək istəyirik. İşçi qrupu Cəmil müəllimin platformasını, bukletlərini, tanıtma materiallarını hazırlayıb. O, Bakıya dönəndən sonra (C. Həsənli Londonda səfərdədir – K.D.) çap prosesi başlanacaq. Ana şüarımız isə «Bəsdir!» olacaq. Korrupsiyaya, rüşvətxorluğa, hərc-mərcliyə bəsdir deyirik».
İQBAL AĞAZADƏ «DƏYİŞƏK!» DEYƏCƏK
Ümid Partiyasının namizədi İqbal Ağazadə deyir ki, sentyabrın 16-dan seçki təbliğat materiallarını ev-ev paylayacaqlar. Seçki plakatları yapışdırılacaq və reklam çarxları yayılacaq. Sentyabrın 21-də Bərdə və ya Ağstafada mitinq keçiriləcək:
«Əsas şüarımız budur – «Dəyişək!». Həyatımızı dəyişək, vəziyyətimizi dəyişək, problemlərimizi dəyişək, prezidentimizi dəyişək, hər şeyi dəyişək».
ZAHİD ORUC ŞƏXSƏN SEÇİCİLƏRİNİN QAPISINI DÖYƏCƏK
Müstəqil namizəd Zahid Oruc deyir ki, əsas diqqətini televiziya çıxışlarına, seçicilərlə görüşlərə yönəldəcək. Sentyabrın 17-dən bölgələrdə və Bakıda görüşlərə başlayacaq. O, seçicilərinin qapısını şəxsən döyəcəyini bildirir:
«Bunu keçmiş zamanlarda da etmişəm. Bir rayon miqyasında həyata keçirilmiş tədbirləri bəlkə bir az daha yüksək səviyyədə, ölkənin həyatına uyğunlaşdırılmış formada yerinə yetirməyə çalışacağıq».
Zahid Oruc şüarlarını sentyabrın 16-da açıqlayacağını söyləyir.
QÜDRƏT HƏSƏNQULİYEV: «HƏDƏFİMİZ PARLAMENTLİ 4-CÜ RESPUBLİKADIR»
BXCP sədri Qüdrət Həsənquliyev əsas təbliğatını elektron mediada gerçəkləşdirəcək. Partiya sədrinin ideoloji və təbliğat məsələləri üzrə müavini Dünyamalı İmamverdiyevin dediyinə görə, onlar pulsuz efir vaxtından da yararlanacaqlar. Görüşlərlə bağlı sentyabrın 16-da – seçki qərargahını yığıncağında qərar verəcəklər. Şüarları bilinir:
«Bizim şüarımız belədir – «Hədəfimiz parlamentli 4-cü respublikadır»».
İLYAS İSMAYILOV SEÇİCİLƏRLƏ İLK GÖRÜŞÜNÜ BAKIDA KEÇİRƏCƏK
Ədalət Partiyasının sədri İlyas İsmayılov sentyabrın 16-da Bakıda seçicilərlə görüşərək təbliğatına başlayacaq. Onun seçki qərargahının rəhbəri Mais Güləliyevin deyir ki, sentyabrın 21-də isə İlyas İsmayılov Lənkəran seçiciləri ilə görüşəcək. Seçki şüarı sentyabrın 16-dan sonra müəyyənləşdiriləcək.
HAFİZ HACIYEV «KASIBLARIN YANINDA» OLACAQ, FƏRƏC QULİYEV BÖLGƏLƏRƏ GEDƏCƏK
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir ki, tədbirlərin, mitinq və görüşlərin keçirilməsinə sentyabrın 14-də qərar verəcəklər. Şüarların təxmini məzmunu məlumdur: «Kasıbların yanında olmaq istəyirik», «İstəyirik kasıblar varlı olsun».
Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev pulsuz efirdən istifadə edəcəyini və bölgələrə gedəcəyini deyir.
Şüarları «Milli dirçəliş naminə biz gələcəyik»dir.
ARAZ ƏLİZADƏ «VƏTƏNİN DAYAĞI ANA, MÜƏLLİM, HƏRBÇİDİR» DEYİR
Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə deyir ki, çatdırsalar, sentyabrın 16-dan seçicilər onun plakatlarını görəcəklər. O, seçki şüarını da açıqladı:
«Vətənin dayağı ana, müəllim, hərbçidir. Ən böyük ehtirama, ən böyük təminata onlar malik olmalıdırlar».
«İLHAM ƏLİYEVİN TƏBLİĞƏ EHTİYACI YOXDUR»
«Seçki kampaniyası dövründə İlham Əliyevin özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur.
Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var» – YAP-ın icra katibi Əli Əhmədovun sözləridir. Ekspertlərin fikrincə, maaşları artırmaqla, bölgələrdə və Bakıda yeni obyektləri açmaqla prezident həm də öz təbliğatını qurur.
SƏRDAR CƏLALOĞLU SEÇİCİLƏRİ İLƏ EV-EV GƏZİB GÖRÜŞƏCƏK
Namizədliyi sonuncu qeydə alınan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu seçicilərlə ev-ev gəzib görüşəcəyini bildirir.
Bir neçə təklif olsa da, seçki şüarlarını hələ müəyyənləşdirməyiblər.
SENTYABRIN 16-DA PULSUZ EFİR ÜÇÜN PÜŞKATMADIR
Sentyabrın 16-da MSK-da qeydə alınmış namizədlərin İctimai Teleradioda pulsuz çıxış ardıcıllığını müəyyənləşdirəcək püşkatma olacaq.
Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.