-
Nəsimi rayon məhkəməsi Coşqun Salahzadəni 30 gün, Türkel Kərimlini 25 gün, Ülvi Nuriyevi 20 gün müddətinə həbs edilməsi barədə qərar verib.
AXCP SƏDRİNİN OĞLU SAXLANIB
AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlini sentyabrın 22-də polis saxlayıb. Bu barədə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat yayıb. Onun sözlərinə görə, Türkel və iki nəfər digər dostu ilə birlikdə platkatları cırma adı ilə Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsində saxlanır:

"Türkel platkatları cırması adı ilə polisdə saxlanması 22 sentyabr mintiqinə görədir, qisasçılıq cəhdidir".
Məlumata görə, Türkel Kərimli ilə birlikdə tələbə yoldaşı Ülvi Nuriyev və AXCP üzvü Coşqun Salahzadə də saxlanıb.
Hər 3 gəncin Nəsimi rayon məhkəməsinə aparıldığı deyilir.
ƏLİ KƏRİMLİ: BUNLAR QURAMA İTTİHAMDIR

AXCP sədri Əli Kərimli oğlunun siyasi fəaliyyətinə görə saxlandığını düşünür.
«Daxili İşlər Nazirliyinin yaydığı məlumat tamamilə yanaldır. Dünəndən bəri baş sındırırlar ki, oğluma qarşı hansı qurama iş qurub, ittiham irəli sürsünlər. Əslində aydındır ki, mənim prinsipial mövqeyimə görə bütün ailə üzvlərim hədəfdir. Son prezident seçkiləri debatda mənim özüm qədər, oğlumun adı hallandırılır. Mənim ailə üzvlərimə qarşı repressiyalar yeni xəbər deyil. Mənim qayınım həç bir məhkəmə qərarı, ciddi əsas olmadan iki ildir MTN-nin təcridxanasında saxlanılır. Oğluma qarşı bu şərdir, böhtandır. Mənim siyasi fəaliyyətimlə, Milli Şuranın dünənki mitinqi, AXCP-nin bu prosesdə fəal iştirakı ilə bağlıdır. İndiyə kimi başqa fəallara qarşı necə qurama ittihamlar irəli sürülübsə bu növbətisidir. Mənim oğlum hüquq fakultəsində oxuyur, əla qiymətlərlə oxuyur. Kim təsəvvür edə bilər ki, Əli Kərimlinin oğlu gedib şəhərdə plakat cırsın? Bunlar qurama ittihamlardır».
NAZİRLİK AÇIQLAMA YAYIB...
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, sentyabrın 22-də axşam saatlarında Nəsimi rayon ərazisində 3 nəfər naməlum şəxs prezidentliyə namizədlərin plakatlarını cırarkən saxlanıb:

"Polis əməkdaşları onları intizama dəvət etmiş lakin az içkili olan bu şəxslər polisin qanuni tələblərinə əməl etməyiblər. Bundan sonra polisə gətirilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib".
Orxan Mansurzadə saxlanlanaların kimliklərinin ancaq Polis şöbəsində məlum olduğunu və bunun siyasiləşdirilməsinin əleyhinə olmasını vurğulayıb.