-
Sentyabrın 26-da İsmayıllıda prezident seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülmüş İlham Əliyevə dəstək aksiyası keçirildi.
Tədbirdə Millət vəkili Novruz Aslan, keçmiş təhsil naziri Misir Mərdənov, YAP İsmayıllı təşkilatının sədri Əzizə Vahabova da iştirak edirdi.
Çıxışlar qurtardıqdan sonra, Bakıdan gəlmiş bir qrup incəsənət nümayəndəsi əhali qarşısında konsert verdi.
“İSMAYILLI ƏHALİSİ BÜTÜNLÜKLƏ İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİR”
Millət vəkili Novruz Aslan qeyd etdi ki, həm ağsaqqallar, həm ziyalılar, həm də gənclər bu məkana böyük ümidlə gəliblər:
“Bu bir daha onun göstəricisidir ki, bütün ölkədə olduğu kimi İsmayıllıda da insanlar indiki dövlət başçısı və namizəd İlham Əliyevin daxili,xarici siyasətini dəstəkləyir. Növbəti beş il üçün bu siyasi xəttin davam etdirilməsinə böyük ehtiyac duyurlar. Bakıdan gözəl tanınmış incəsənət xadimlərimiz gəlib tədbirin rəsmi hissəsindən sonra onlar əhaliyə konsert də verəcəklər.”
“MƏNƏ EHTİYAC YOXDUR”
Tədbirə qatılan keçmiş təhsil naziri Misir Mərdanov isə bizə yalnız bunları dedi:
“Mənə ehtiyac yoxdur, nə lazımdırsa millət vəkili qeyd etdi.”
Tədbirdə məktəblilər də iştirak edirdi. Bu uşaqların bildirməsinə görə, onları məktəbdən gətiriblər. Demələrinə görə, bu tədbirə qatılmazdan öncə onlara məktəbdə köynək, kepka payladılar.
“MƏN HEÇ BİR MƏKTƏBLİNİ TƏDBİRƏ DƏVƏT ETMƏMİŞƏM"
YAP İsmayıllı rayon şöbəsinin sədri Əzizə Vahabova isə bildirir ki, tədbir çox yüksək səviyyədə keçib. O tədbirə məktəblilərin gətirilməsindən isə xəbərsiz olduğunu deyir:
“Hamı bir daha şahid oldu ki, İsmayıllı camaatı yekdilliklə cənab İlham Əliyevi dəstəkləyir və onun ətrafında sıx birləşib. Mən heç bir məktəb şagirdini tədbirə dəvət etməmişəm. Yolun qırağıdır, ola bilər özləri öz təşəbbüsləri ilə gəlib, iştirak ediblər.”