-
ZİYAFƏT ƏSGƏROV DEBATLARDAN DANIŞDI
Parlamentin 30 sentyabr iclasında vitse-spiker Ziyafət Əsgərov çıxış edib. O seçkiöncəsi çıxışlara toxunub:
«Əgər yadınızdadırsa, qanuna Milli Məclis vətəndaşların şərəf və ləyaqətinin qorunması ilə bağlı dəyişiklər etdi. Düzdür, bəzi müxalifət nümyəndələri buna etiraz etdi. Şərəf və ləyaqət mülki və cinayət məcəlləsində qorunur.

Bu gün seçki prosesi davam edir. Məlum oldu ki, biz çox düz eləmişik. O namizədlərin çıxışına baxanda söz tapa bilmirsən, adam bu qədər geri qalar?
Bunlar 1992-ci il psixologiyası ilə hakimiyyətə gəlmək istəyirlər. İsgəndər Həmidov vaxti ilə televiziyaya girib öz cəbhədaşlarını təhqir edib. İndi bu adamlar prezidenti hər tərəfdən söyürlər».
Ziyafət Əsgərov deyib ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var:
«O,Azərbaycanın prezidentidir, Azərbaycanın ali baş komandanıdır, Azərbaycanın

ali icra başçısıdır. Amma bu statuslar pozulur və o, müxalifət tərəfindən təhqir olunur. Biz prezidentimizi hüquqi mənada qoruya bilmirik».
Ziyafət Əsgərov bu məqamda Konstitusyanın 106-cı maddəsini xatırladıb:
«Bu maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir. Amma bu gün həmin maddə ciddi pozulur. Ona görə də mən təklif edirəm ki, bu maddəyə əsasən ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək».

Vitse-spiker payız sessiyasında bu qanun layihəsinin təcili müzakirəyə çıxarılmasını da təklif edib.
Spiker Oqtay Əsədov belə bir qanun layihəsinin müzakirəsini mümkün sayıb. Onun fikrincə, debatdakılar çıxışları ilə öz səviyyələrini göstərirlər:
«Bəziləri üstünə 3 yorğan atsa belə, eybi yenə görünəcək. Biz bu qanun layihəsi məsələsinə də baxa bilərik. Seçkilərdə fəal iştirak etməli və bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir».