Toğanalı - imkanlar və reallıqlar

Göygöl rayonunun turizm mərkəzlərindən biri, Toğanalı kəndinin yüksəklikdən görünüşü.

Toğanalı kəndi Göygöl rayonunda Gəncə - Kəlbəcər yolunun üstündə yerləşir. Göy Göl və Maral Gölə də getmək istəsəniz bu kənddən keçməli olacaqsınız.

İlin əsasən yaz - yay ayları hər yerdən qonaq qəbul edən bu kəndin yerli əhalisi qonaqlar qədər bu kənddə sevinə bilmədiklərini deyirlər.

Kənd sakinləri deyir ki, turizm üçün əlverişli yer olmasına baxmayaraq bu kəndə hələ də təbii qaz gəlmir, içməli su ehtiyacını isə camaat kəndi iki yerə ayıran, Murov dağından axıb kələn Kürəkçayın hesabına ödəyirlər. Kəndin yol problemini isə kənd sakinlərinin deməsinə ehtiyac yoxdur, öz gözlərimizlə gördük. Ümumiyyətlə kənd yolunun vəziyyəti olduqca ağırdır, maşınla hərəkət etmək çətindir.

Toğanalı kəndi Kürəkçayın hər iki tərəfində, sahil boyu uzandığı üçün hər iki tərəfi birləşdirən bir neçə körpü var. Amma körpülərin vəziyyəti o qədər də təhlükəsiz deyil. Yazda yağıntıların və dağ ətəklərindəki qarların əriməsinə görə çay suyunun səviyyəsi qalxır və körpülər daha da təhlükəli olurlar.

Toğanalı kəndini iki yerə bölən Kürəkçay və üzərinə qoyulmuş "körpü".

Toğanalı kəndini iki yerə bölən Kürəkçay və üzərinə qoyulmuş başqa bir körpü.

Kəndin təhlükəli körpülərindən biri.

Kənd sakinləri deyir ki, kənd əhalisi ildən ilə azalır, kəndlilər həll olunmayan problemlərin çoxluğundan öz yerlərini tərk edib böyük şəhərlərə gedirlər.

Kənd əhalisinin əsas qazanc mənbəyi maldarlıq və yay fəslində kəndə gələn turistlərlə etdikləri bazarlıqdır.

Kənd sakini.

Toğanalı kəndi.

Azyaşlı kənd sakini evinin həndəvərində.

Azyaşlı kənd sakinləri.

Toğanalı kəndinin yüksək yerlərindən Kəpəz dağına açılan mənzərə.