-
İsmayıllı rayonunda seçici siyahıları ilə bağlı şikayətlər eşidilir. Müxalifət partiyalarının yerli təmsilçilərinin iddialarına görə ölkədə olmayan, hətta vəfat etmiş şəxslərin adları seçici siyahılarındadır.
Müsavat partiyasının üzvü İlham Həmzəyev qeyd edir ki, ona da bu məsələ ilə bağlı ayrı-ayrı kənd və qəsəbələrdən məlumatlar daxil olub:
“Elə bu işlə əlaqədar müəyyən araşdırmalara başlamışam. Dərd budur ki, kənd icra nümayəndələri, bələdiyyələri heç bir açıqlama vermir. Kimi soruşursan deyir, müvəqqəti rayona, yaxud sahəyə heyvan otarmağa gedib. Səhərisi əlaqə saxlayırsan deyir, Bakıya işləməyə gedib, seçkiyə gələcək. Hər halda şübhəli məqamlar çoxdur.”
“Mən belə halların olmasını 2010-cu ildə parlament seçkilərində sübut etmişəm.”
Rayon Ağsaqqallar Birliyinin sədri Heybət Balayev də seçici siyahıları ilə bağlı narahatlıq keçirir:
“Mən 2010-cu ildəki parlament seçkilərində YAP-ın iclasında rayonun bir sıra rəhbər şəxslərinin qarşısında bu məsələni siyahı şəklində sübut etdim. Həmin siyahıya salınanların çox əksəriyyəti Rusiyaya çörək qazanmağa gedənlər idi. İçərilərində dünyasını dəyişmiş şəxslər də var idi. Onda cavab verməli şəxslər bunun texniki səhv olduğunu ortaya ataraq məsuliyyətdən yayındılar. Bəli indi də var, bu problemlər. Nəzarət olmadığına və cəza aparatı işləmədiyinə görə belə işlərlə yenə məşğul olurlar.”
Şəhər icra nümayəndəliyinin sədri Məhərrəm Əhmədov isə belə şübhələri əsassız sayır:
“Əgər vətəndaş qeydiyyatda olduğu ərazidə altı (6) aydan artıqdır ki, yaşamırsa o, dərhal siyahıdan çıxarılır. Bizdə şəhər ərazisində belə hallar ola bilməz, mən bunu əminliklə deyirəm. İstəsəniz yoxlaya bilərsiniz. Hansısa kənddə və yaxud ərazidə bunu edənlər vardırsa bu artıq cinayət sayılır. Bir var ki, texniki səhv bir də var ki, ucdan tutma yazasan. Əlbətdə ki, belə hallar inanmıram ola, varsa da qanunsuzdur, dərhal qarşısı alınmalıdır.”

Şübhəli məqamlar çoxdur”

Bizdə belə hallar ola bilməz...