Sumqayıtda «Səsimi satıram» aksiyası- [Video]

Sumqayıtda «Səsimi satıram» aksiyası

-
Oktybarın 3-də bir gənc Sumqayıtda təkbaşına aksiya keçirib. Bu barədə Azadlıqradiosuna aksiyanı keçirən gənc özü məlumat verib. Küçədə oturan gəncin əlində «Səsimi satıram, İ sell my vote» yazılmış plakat olub. O, belə bir aksiya keçirməkdə ölkədəki seçki prosesinə münasibət bildirdiyini deyib:
«Formalaşdırılmış institutlar fikir və ifadə azadlığını müdafiə etmək əvəzinə cəmiyyətdə monarxik sistemin daha da inkişaf etməsinə, kök salmasına xidmət edir. İnsanlar qorxudulur, seçkidən kənarlaşdırılır və yaxud da seçkidə iştirak edən insanların səsi saxtalaşdırılır.
İnsanların səsi işdən azad olunmaq, həbs olunmaq qorxusu ilə satın alınır. Buna boyun əyməyən azad düşüncəli insanlar müxtəlif təzyiqlərə məruz qalır, süni yollarla cəmiyyət arasında gözdən salınır. Bəzi qrup insanlarsa sosial durumlarının daha da ağırlaşmaması qorxusu ilə öz səslərini satırlar. Bu aksiya məhz həmin sosial qrupa yönəlib».
Həmin gün ölkə başçısı, prezidentliyə namizəd İlham Əliyev Sumqayıtda olub.
Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı da daxil olmaqla 10 nəfər prezidentlik uğrunda mübarizə aparır.