-
Oktyabrın 7-də Milli Şuranın vahid namizədi Cəmil Həsənli jurnalistlər üçün mətbuat konfransı keçirib. Onların suallarını cavablayıb:
- Seçkilərin nəticəsində İlham Əliyev qalib elan olunsa və siz bu nəticəni qeyri-qanuni hesab etsəniz, konkret olaraq hansı addımı atacaqsınız?
- Etiraz etmək, müqavimət göstərmək – bir sözlə nə mümkünsə, edəcəyik. Hansısa anti- konstitusion, qeyri-qanuni hərəkətlər istisna olmaqla, prosesə etiraz etmək Azərbaycan xalqının haqqıdır və biz bu haqdan istifadə edəcəyik.
- Mitinq - görüşlərində baş verən ixtişaşlarla bağlı hansı addımlar atılacaq?
- Özəlliklə mənim üçün gözlənilməz və ağır oldu - işləmiş olduğum Bakı Dövlət Universitetinin müəllimlərinin, hətta dekanlarının, kafedra müdirlərinin Hafiz Hacıyevin mitinqinə aparılması. Bizim demək olar ki, bütün mitinq-görüşlərimizdə hansısa formada müdaxilələr, iğtişaşlar oldu. Amma bu iğtişaşların hamısına xalq özü cavab verdi. Bizim bütün nəzərdə tutduğumuz görüşlər baş tutdu.
- Sizin son dövrlər iqtidara qarşı mövqeyinizdə dəyişikliyin səbəbi nədir? Əvvəllərsə, onlara aid kitablar yazırdınız.
- Mən indiyə qədər İlham Əliyev, Heydər Əliyev haqda bir dənə də olsun əsər, kitab yazmamışam. Mən 1918-ci il xalq cümhuriyyəti haqda kitab yazmışam və o kitabın çapı üçün prezident sərəncam verib. Və kitabda ancaq bu barədə bildirilib. Yaxud da bu yaxınlarda Topçubaşov haqda yazmışam. Onun qızı Zərifənin Heydər Əliyevə məktubu var. Mən tarixi obyektivlik üçün buna toxunmaya bilməzdim. Siz mənim İlham Əliyev, Heydər Əliyev haqda bir dənə kitabım varsa, elə burdaca deyin hamı bilsin.
- Azərbaycandakı beynəlxalq təşkilatların rolunu necə qiymətləndirirsiniz? Onların işi sizi qane edirmi?
- Xeyir qane etmir. İlk növbədə Avropa Şurası haqda demək istəyirəm. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv seçiləndə biz sevindik ki, Azərbaycan Avropanı öz standarlarına uyğunlaşdırdı. Buna görə də mən ancaq Azərbaycan xalqına inanıram və güvənirəm.
9 oktaybr prezident seçkilərində siz prezident seçilsəniz ilk olaraq hansı addımları atacaqsınız?
- Təcili siyasi məhbuslarının azad edilməsi, milli etimad hökumətinin yaradılmasını, ölkənin milli sərvətləri hesabına əmək haqlarının artırılması.
Bəs, Qarabağ məsələsi?
Bu hakimiyyət 20 ildir Qarabağ problemini həll edə bilmirsə deyirsiniz bu problemi 2 həftəyə həll edək?