-
Oktyabrın 9-dan 2 gün ötsə də, sosial şəbəkələr seçki ab-havasını saxlayıb. Bu şəbəkələrə göz atan hələ də qızğın müzakirələrin getdiyini görəcək:
– Yenə 5 il rüşvət, korrupsiya, yenə 5 il ölkənin sərvətləri talan olacaq, döz ey xalqım.
– Azərbaycan xalqı öz seçimini etdi... Çünki İlham Əliyev prezident seçilməyə layiq olan tək bir namizəddir.
– Xalqın çoxu «boş vaxt itkisidir, onsuz da bilmirsən sehrli qutudan kim çıxacaq» – deyə fikirləşərək seçkiyə getməyib.
– 85 faiz səs almaq absurddur. Deyək ki, İlham Əliyev doğrudan da qalib olub, ancaq elmi və məntiqi baxımdan bir adamın 85 faiz səs alması mümkün deyil.
– İlham Əliyevin yenidən seçilməsinin əsas səbəblərindən biri müxalifətin xalqla oynadığı saysız oyunların xalqın məntiqinə qalib gələ bilməməsi oldu.
CƏMİL HƏSƏNLİ YENƏ «BU HAKİMİYYƏT GETMƏLİDİR» DEYİR
İstər iqtidar, istərsə müxalifət sıralarında, istər seçki qərargahlarında, istərsə kabinetlərdə yenə seçki dartışılır. Oktyabrın 11-də Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki qərargahının toplantısında bir daha nəticələri tanımadığını dilə gətirib:
«Seçkilərin nəticələrini tanımamaqla yanaşı, Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına, ölkənin qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qanun çərçivəsində buna qarşı mübarizə aparacağıq. Həm hüquqi, həm siyasi, həm də milli-mənəvi müstəvidə. Sizi əmin edirəm ki, bu mübarizənin nəticəsi olacaq. Mən əvvəldən də demişəm, bu hakimiyyət getməlidir, onun bu xalqa rəhbərlik etməyə mənəvi haqqı yoxdur».
Cəmil Həsənli ATƏT/DTİHB-nin ilkin rəyindən razı qaldığını, ancaq seçicilərin çox hissəsinin seçkiyə qatılması barədə fikirlə razılaşmadığını vurğulayıb. Onun fikrincə, seçkilərdə, ən yaxşı halda, seçicilərin 20 faizi iştirak edib.
Müsavat və Xalq Cəbhəsi partiyalarının liderləri İsa Qəmbər və Əli Kərimli isə seçkilərdə müxalifət namizədinin qalib gəldiyini düşünürlər.
ƏLİ HƏSƏNOV: «BELƏ GETSƏ...»
«Belə getsə, Azərbaycan dövləti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq» – Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyib. ATƏT DTİHB-nin qiymətləndirmələrinin digər beynəlxalq missiyaların bəyanatları ilə üst-üstə düşməməsindən narazı qalan şöbə müdirinin fikrincə, sözügedən rəy «hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir». Əli Həsənov ATƏT DTİHB-nin rəyini «olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürü» sayır.
İLHAM ƏLİYEVDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli MSK-nın digər namizəd – prezident İlham Əliyevin gəlir bəyannaməsi barədə məlumat verməkdən imtinası ilə bağlı Ali Məhkəməyə şikayət verib.
Şikayətə bu gün – oktyabrın 11-də baxılmalı idi. Ancaq bu günə proses təyin edilməyib. Bu haqda məhkəmədə Cəmil Həsənlinin maraqlarını təmsil edən «Hüquq və İnkişaf» Mərkəzinin rəhbəri Hafiz Həsənov məlumat verib.
Hafiz Həsənov teledebatdakı davranışı ilə bağlı Cəmil Həsənliyə verilən ciddi xəbərdarlığı da qanunsuz sayaraq, həmin debatda məhz onun təhqir, hədə və fiziki hücuma məruz qaldığını bildirib. O, daha sonra deyib:
«Biz hər iki işi Avropa İnsan Hüquqları Məhkəməsinədək aparacağıq, çünki söhbət Cəmil Həsənlinin Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş ifadə və informasiya əldə etmək azadlığı hüquqlarının pozulmasından gedir».
XİN: «TƏK-TÜK POZUNTULAR OLUB»
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı bəyanatından təəssüflənib. Bəyanatda deyilir ki, seçki azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilib:
«Bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə, bu barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur».
ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilmiş prezident seçkisinin beynəlxalq standartlara uyğun keçirilmədiyini bildirmişdi.
«AY CAMAAT, ÖZÜNÜZƏ YAXŞI QULLUQ EDİN Kİ...»
Seçkisonrası ab-havaya siyasi dartışmalar, qarşılıqlı ittihamlar, müxtəlif çağırış və bəyanatlarla yanaşı, məzəli məqamlar da rəng qatır. Mehman adlı istifadəçinin bu sözləri sosial şəbəkələrdə sürətlə yayılıb və az bir zamanda saysız reaksiya oyadıb:
«Ay camaat, özünüzə yaxşı qulluq edin ki, ətli-qanlı olasınız, hələ sizi qarşıda əməlli 5 il gözləyir».