-
Oktyabrın 14-də Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Richard Morningstarın S.Əbiyevlə görüşündə söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Richard Morningstarın fikirlərinin audio yazısını təqdim etməyə hazır olduğunu bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bəyan edir.