-
Londonlu təhqiqatçı jurnalist Andrew Connelly dünyanın 28 ölkəsində pulsuz paylanan, lakin, redaktorunun təbirincə desək “dərindən dərin jurnalsizmin” nüfuzlu “Vice” jurnalında dərc olunmuş məqaləsinə belə bir sərlövhə qoyub.
Jurnalist yazır ki, keçmiş prezident və qüdrətli DTK adamının oğlu kimi qələbə indiki prezident Əliyevin taleyinə yazılıb: “Digər tərəfdən seçki prosesinə, belə demək mümkündürsə, kampaniyaya və ümumi siyasi mənzərəyə baxanda, düşünürsən ki, ümumiyyətlə, seçki keçirməyə dəyərdimi?”
Məqalədə deyilir ki, Əliyevin kampaniyası az qala gözə dəymirdi. Nə təbliğat vardı, nə reklam, nə də ümumiyyətlə, seçki prosesinin getdiyini göstərən hər hansı əlamət.
Jurnalist yazır ki, seçkiyə həm də doqquz başqa namizəd qatılmışdı, lakin onlardan səkkizi oyuncaqdan başqa bir şey deyildi və əsl alternativ və yeganə namizədi küyə basmaq üçün gətirilmişdilər.
Səkkiz səliqəli kostyumlu kişi
Televiziya debatlarından söz açan jurnalist yazır ki, səkkiz kostyumli kişi ilə bir masanın arxasında əyləşmiş Cəmil Həsənli sakit tərzdə hakim ailə barədə insanı həbsxanaya apara biləcək iddialarını dilə gətirirdi:
“Biz burada mənəvi qələbə qazandıq, çünki müxalifət belə bir avtoritar rejimin təzyiqi altında öz gücünü göstərə bildi, öz xeyrinə və hakimiyyətinin xeyrinə repressiyalar həyata keçirən diktatorlar keçmişin qalıqlarıdırlar və biz Əliyevin yaxın dostlarından biri olan Bəşər əl-Əsədin gününü görürük”.
Öndərin diqqətli nəzərləri altında
Müəllif yazır ki, hər bir binada portretləri olan Heydər Əliyevin diqqətli nəzərləri altında seçki başlanandan az sonra jurnalistlərdən, topa bülletenlərin qutulara doldurulması, seçicilərin təhdid olunması və “karusel” əməliyyatları barədə xəbərlərin seli gəlməyə başladı.
Andrew Connelly həmçinin “Happy Baku” şirkətinin MSK üçün yaratdığlı mobil telefon aplikasiyasının səhv edərək sabahkı seçkilərin nəticələrini bir gün əvvəl açıqladığını da xatırlayır. Bu nəticələrdə İlham Əliyev qalib gəlmişdi.
Jurnalsit yazır ki, hətta “Happy Baku”nun təkzibləri də, sistemin yoxlanması üçün rəy sorğularının nəticələrindən istifadə olunduğu barədə and-amanları da Azərbaycan seçkilərinin legitimliyinə inandıra bilməzdi. ATƏT-in müşahidəçiləri, olduqları məntəqələrin 58 faizində pozuntuların baş verdiyini qeydə almışdılar.
Siyasət bir yana, qadına, qonağa inanılmaz həqarət
Məqalədə deyilir ki, daha sonra müşahidəçilərin keçirdiyi mətbuat konfransında hökumətpərəst qara-qışqırıqçılar ulaşır, bağırır və hətta ATƏT nümayəndələrinə söyüş yağdırırdılar.
Jurnalist yazır ki, bundan sonra missiyasının rəhbəri xanım Tana de Zuleta salonu tərk edib, onun müavini Roberto Montella isə səs salanlara “yerlərində qaxılıb ağızlarını yummağı” əmr edib:
“Lakin burda heç də hamı seçkinin saxta olduğuna inanmır, hökumətin sözçüsü Elman Abdullayev mənə bildirir ki, Azərbaycanın tənqidçiləri ikili standartlara malikdirlər və qərəzlidirlər. Gənc fəal Gülsel Səfərova isə izah edir: “Mən İlham Əliyevə səs vermişəm, son on ildə Azərbaycan dünya birliyinə inteqrasiya olunub, sosial və iqtisadi artım yüksəkdir, yoxsulluq azalıb və biz Avropa ailəsinə daha da yaxın olmuşuq”.”
İngiltərə millətçisindən “böyük arqument”
Bu məqamda jurnalist şəhərdə olan başqa bir müşhidəçidən danışır. Söhbət ifrat sağçı və Britaniyanın özündə lağa qoyulan Britaniya Millətçi Partiyasından Avropa Parlamentinin üzvü Nick Griffin-dən gedir.
Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, Griffin bildirib ki, seçkilər haqqında maraqlı müşahidələri var. Jurnalist cənab Griffin-in “koloritli leksikonunu” olduğu kimi saxlayıb: “Bizim ölkə ilə müqayisədə burdakı sistem çox da şəffaf deyil…Burda camaatın hakimiyyətə çox böyük hörmətsizliyi var…
Bir görəsiniz onlar yol polisi ilə necə mübahisə edirlər. Ola bilsin ki, burada seçkiyə hətta “mənim həcəmətim böyükdür və böyük çoxluğun dəstəyinə malikəm” şəklində barmaq da edilib, lakin hətta bunlarsız da prezident şəksiz qalib gəlib”.
Bəs, görəsən, Griffin Azərbaycanın siyasi məhbusları barədə nə düşünür?
“Bilirsiniz, Almaniyada sonuncu müharibədə nəyin baş verib-vermədiyi barədə fərqli düşündüyü üçün həbsxanada olan yüzlərlə adam var” – deyib Griffin.
Jurnalist yazır ki, “hətta seçki günü çıxarılan hoqqalarsız da Əliyev, şəxsiyyətinə pərəstişin və satın alınmış medianın dəstəyi hesabına əhəmiyyətli qələbə qazana bilərdi. Bununla belə, hoqqalar baş verib və müxalifət məhz buna görə dərhal mitinq çağırıb. Bu mitinqə 5000 adam gəlib. Azərbaycan üçün kiçik rəqəm deyil. Nitqlər edilib, hiddət ifadə olunub”.
Gör nə günlərə qaldın, Azərbaycan…
Hadisələrin canlı şahidi olmuş Andrew Connelly bu qənaətdədir ki, müxalifətin seçkidən sonra keçirdiyi mitinqin ardınca baş verən iğtişaşı polisin özü yaradıb və sonra da kimi gəldi həbs edib, qadına, uşağa baxmadan təpik, yumruq atıb.
Jurnalist yazır:
Andrew Connelly yazır ki, nə qədər inanılmaz səslənsə də, demokrtiya Azərbaycana yad deyil:

“Baş vermiş toqquşmadan sonra müstəqil fəal Xəyyam Məmməd mənə deyir: “Əliyev burda mafia rejimi yaradıb. “Xaç atası” filmini görmüsən? Burda eyni şey baş verir. Azərbaycanın milyard dollarlarla sərvəti ofşor bank hesablarındadır, mənim xalqım isə yoxsuldur”.
Andrew Connelly yazır ki, nə qədər inanılmaz səslənsə də, demokrtiya Azərbaycana yad deyil:
“1918-ci ildə Rusiya İmperiyasının can verdiyi günlərdə, bu ölkə dünyada ilk dünyəvi müsəlman respublikası qurub, qadınlara Birləşmiş Krallıqdan və Birləşmiş Ştatlardan əvvəl seçmək hüququ verib.
Lakin bədbəxtçilikdən demokratik fasadın arxasında ölkə bu gün özünün yaxın sovet keçmişinə daha çox bənzəyir. Adamların bəziləri yoxsulluq həddindən aşağıda və ölkələrini Qafqazın Norveçinə çevirməli olan buruqların kölgəsində vurnuxur. Əvəzində pullar şöhrətpərəst layihələrə xərclənir.
Ola bilsin ki, Azərbaycan seçkiləri jurnalistlərə və təhlilçilərə bol material verib, lakin ölkədə ömür sürən insanlar üçün bu, diktatorluqda yaşanan daha bir gündür...”