"Nida"çıların məhkəməsi başladı
Sizin brauzer HTML5-i dəstəkləmir
NİDA Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik Təşkilatından İlkin Rüstəmzadənin Ağır Cinayətlərə dair işlər üzrə məhkəmədə ilk prosesi keçirilib. Gənclər qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və ya satmaqda, kütləvi iğtişaşları təşkil etməkdə ittiham olunurlar. Gənclərin bir neçəsi həm də qanunsuz olaraq narkotik vasitələri əldəetmə və saxlamaqda, xuliqanlıqda da suçlanır.