-
Aşıq Altay
- Gəlin el-oba arasında bir sorğu keçirək, görək el-oba sərbəst şeiri çox bilir, yoxsa aşıq şeirini. Bizim nənələrimiz, babalarımız bayatı dili ilə danışıblar.
Şərif Ağayar
- Nənə getsin xalçasını toxusun, nənəylə ədəbiyyatın nə işi. Ədəbiyyat elmdir, ciddi bir məsələdir. Biz Nobel alan romançıların qabağına gəraylıyla çıxa bilmərik.
Aşıq şeiri doğrudan da bir janr kimi köhnəlib, «ölüb», yoxsa qoşma-gəraylı yazanları tənqid edənlər «qınından çıxıb qınını bəyənməyənlərdir»?
Yazarlar Azad Yaşar, Şərif Ağayar, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, aşıq yaradıcılığı üzrə tədqiqatçı Elxan Məmmədli, tənqidçi Vaqif Yusifli və Aşıq Altayın radiodebatı.
Səadət Akifqızı
- Şeir nədir? Bəlkə burdan başlayaq...
Azad Yaşar
- Məncə şeir özünə qapılan, tənhalığa çəkilən, bəlkə də ən çıxılmaz vəziyyətə düşən insanın özü-özünə pıçıldadığı yaşantıların sözlə ifadəsidir. Şeirə minlərlə tərif vermək olar, amma bunlardan hansının nə dərəcədə doğru olduğunu demək çətindir. Amma bütün hallarda insanın özünü ifadə tərzlərindən biri, bəlkə də elə ən qədimi şeirdir. İnsan rənglərlə, səslərlə olduğu kimi, sözlərlə də özünü ifadə etməyə çalışır. Bəzən şairin yazdığı bir misranı milyonlarla insan ona görə sevir ki, onlar özlərini bu cür ifadə edə bilmirlər.
Şərif Ağayar
- Sovet vaxtı şeirə qəribə tərif vermişdilər ki, şəxsən məndə gülüş doğururdu, çünki məsələ çox net şəkildə qoyulmuşdu. Azad bəy qeyd etdiyi kimi, şeir elə bir məfhumdur ki, onun izahı hələ verilməyib. Səhv eləmirəmsə ərəb dilində “şeir” sözü çox nazik tük mənasını verir. Bu da şeirin çox incə bir sənət olduğundan, hər adamın məşğul ola bilməyəcəyindən xəbər verir. Ümumi götürsək mən şeirin nə olduğunu hansısa sözlərlə ifadə etməkdə çətinlik çəkirəm.
S. Akifqızı
- Amma şeirin özü ilə bağlı hərə bir söz desə də, şeir formaları müəyyən qəlibləşmiş formalardır ki, illərdir şairlər bu formalardan istifadə ediblər. Amma bu gün nədənsə o formalar şairlər tərəfindən başqa cür qarşılanır. (ardı aşağıda)
A. Yaşar
- Klassik şeirdə formalar çoxdur, istər bizim şifahi ədəbiyyatda, istər yazılı ədəbiyyatda, istər Avropa ədəbiyyatında şeirin çoxlu sayda növləri var. Hətta bir növün içində altnövlər var. Bunlar da hər halda yaradıcı şəxslərin öz fikrini ifadə etməsi üçün hər dəfə fərqli formalar axtarmasından irəli gəlir. Çünki istər-istəməz forma özü də bəlli bir qəlib tələb edir. Şair fikri də adətən xəyallara bağlı olduğuna görə, uçduğuna görə, məkana, zamana sığmadığı üçün daim yeni şəkillərə düşmək, çalarlar qazanmaq istəyir. Ona görə də bir şair bütün ömrü boyu sadəcə qoşma, sadəcə sonet yaza bilmir, öz qələmini müxtəlif formalarda, üslublarda, hətta janrlarda sınayır.
Ş. Ağayar
- Gəlin belə düşünək ki, çay necə axıb özünə yataq tapırsa, xalqların da təfəkkürü, düşüncəsi, yaşantısı, duyğuları axıb-axıb müəyyən ölçülərdə bir aram bulur, ifadə tapır. Tutaq ki, bizim yeddi hecalı bayatını götürək. Bu forma dilin intonasiyasına, estetik xüsusiyyətlərinə o qədər yaxındır ki. Bayatının nə vaxt yarandığını heç vaxt demək olmaz, çünki bu, dilin özü kimi öz-özünə yaranıb. Dil özü bu formanı axtarıb tapıb. Amma bizə ilk baxışdan mənasız gələn “Mən aşıq ulu dağlar”, ya da “Əzizim yol bu yandan” – kimi misralar dərhal insanda bir ovqat yaradır. Bayatıdan sonra, türk dilinin xüsusiyyətlərinə ən çox uyğun olan şeir forması on birlik və səkkizlik olub, daha doğrusu qoşma və gəraylılar. Bunlar həm qədimliyinə görə, həm də türk dilinin xüsusiyyətlərini özündə yüksək səviyyədə daşıdığına görə dilə uyğundur. Qoşma və gəraylıda hətta Füzuli kimi, Nəsimi kimi sənətkarların əruzdakı şeirləri ilə müqayisə olunacaq dərəcədə intim, ilahi məqamlar var. Söhbət təkcə qoşma və gəraylı formasında həmin xüsusiyyətləri gözləyərək a, b ölçülərində şeir yazmaqdan getmir, söhbət saza, züm-zümələrə yaxın olan həmin ruhu tutmaqdan gedir. Belə şeirləri hər adam yaza bilmir, biz hər qoşma formasında olan şeirə qoşma deyə bilmərik.
S. Akifqızı
- Amma qoşma təkcə saz üçünmü yazılmalıdır? Bilirik ki, bu şeir növü Ramiz Rövşəndə, Salam Sarvanda, Hüseyn Arifdə, Rəsul Rzada, Səməd Vurğunda və başqa tanınmış şairlərimizdə də rast gəlinir, onların sevimli şeir forması olub. (ardı aşağıda)
Ş. Ağayar
- Səməd Vurğun və Hüseyn Arifdə belə şeirin ortaya çıxması nisbətən saz ənənələrinə yaxın olmaqları ilə bağlıdır. Məsəlçün Rəsul Rzada, Ramiz Rövşəndə, Salam Sarvanda isə qoşma formasında şeirlər olsa da onlar artıq qoşma sayılmır. Onlar saz intonasiyasında yazılmayıb. Formaca qoşmaya uyğun yazılsa da, onları qoşma hesab etmək olmaz.
S. Akifqızı
- Mən bunu aydınlaşdırmaq istəyirəm ki, nəyə görə bu formaya qarşı etiraz var. Məsəlçün Ramiz Rövşənin səkkizlik, yəni gəraylı formasında “nəğmələri” var. Həmin “nəğmələri” götürüb saz üstündə oxumaq mümkün deyil. Amma bir şair öz fikrini bu formada ifadə edə bilir. Bəs bu gün nəyə görə çağdaş yazarlar bu formaya qarşı başqa mövqe tuturlar. Şeirdə qafiyə, heca vəznini gözləmək pisdirmi?
A. Yaşar
- Qafiyə şeiri müəyyən qəlibə salmağa xidmət edir. Müasir şeirdə, tutaq ki, türk mahnılarını götürək, orda mahnı mətnlərinə baxsanız, görərsiniz ki, qafiyə, ümumiyyətlə, yoxdur. Tutaq ki, Sezen Aksunun mahnılarını götürək, ya da nisbətən Barış Mançoda şifahi xalq ədəbiyyatından gəlmə mətnlər var ki, qafiyəlidir. Amma Sezen Aksu tamamilə sərbəst şeirlərdən ibarət mətnlər oxuyur.
S. Akifqızı
- Amma türk ədəbiyyatında da aşıq şeirləri, aşıq şairləri olub.
Ş. Ağayar
- Onlar bu stildə yazanlara xalq şairləri, belə şeirlərə isə xalq şeirləri deyirlər.
A. Yaşar
- Tarkanın Aşıq Veysəldən oxuduğu şeir var. “Uzun incə bir yoldayım”. O hələ də aktualdır.
Ş. Ağayar
- Türk şeirində forma inqilabı məsələsi çox ciddi bir hadisədir. Bu daha çox Nazim Hikmətlə bağlı bir məsələdir. O hətta türk əruzu üzərində şeirlər də yazıb. O ilk dəfə vərəq üzərində Mayakovskinin şeirlərini görəndə dəhşətə gəlib ki, belə də dağınıq şeir olarmı. O vaxt ənənəvi düşüncə vardı ki, türk şeiri kvadrat gəlir, misralar bir-birinin altına santimetr dəqiqliyi ilə düzülür. Sonra Nazim Mayakovskinin intonasiyası ilə maraqlanır. Bildiyimə görə o, rus dilini elə də yaxşı bilmirdi. Amma intonasiya məsələlərini dərhal tuturdu və bunu məharətlə tətbiq edib ədəbiyyatın üfüqlərini genişləndirmək mümkündür. Nazim Hikmət bunu elədi. Bununla da türk şeirində bir inqilab baş verdi. Həmid Herisçi bir dəfə Nazimin o formaları dağıdıb sərbəst şeirə çıxmasını İbrahim Peyğəmbərin bütləri yıxmasına bənzətmişdi. Bu çox unikal bir bənzətmədir. Bu hadisə insanların şüurunda, poeziyada yeni bir dövrün başlanğıcıydı. Nazim olmasaydı biz yubana bilərdik. Bundan sonra nəinki Nazim Hikmətin davamçıları olan şairlər, hətta filimlər, musiqilərdə belə Nazim Hikmət epoxasının məhsullarına çevrildilər.
A. Yaşar
- Mən aşıq şeiri ilə müasir həyatın ayaqlaşması məsələsinə toxunmaq istərdim. Türkiyədə Ozan Arif adlı məşhur bir ozan var. Onun ata-babaları vaxtilə Azərbaycandan gediblər, özünü əslən azərbaycanlı sayır. Onun sosial mövzularda, lirik, milliyyətçi mövzularda maraqlı şeirləri var. Demək olar, milliyyətçi partiyanın şair-ideoloqudur. Ona aid olan, hamımızın əzbər bildiyimiz “Ya Qarabağ, ya ölüm” adlı bir şeir var. Görün o nə dərəcədə məşhurdur. Heç bir güclü Azərbaycan şairi Qarabağ haqda ortaya onunku kimi bir şeir qoya bilməyib.
S. Akifqızı
- Siz Nazim Hikmətin sərbəst şeirindən danışdınız. Azərbaycanda da belə şeir yaradılıb, ilk dəfə Rəsul Rza yazıb.
Ş. Ağayar
- Rəsul Rzadan əvvəl bu məsələlərlə Mikayıl Rəfili məşğul olub, o hətta bu modernist cərəyanın Azərbaycan dilində manifestini yazmışdı, ancaq sovet dönəmində modernist şeir mürtəce burjua ənənəsi hesab olunduğuna görə, ona qarşı ciddi təzyiqlər var idi. Mikayıl Rəfili bu yolun onu məhvə doğru apara biləcəyini çox tez anladı və yaradıcılıqdan əl çəkmək məcburiyyətində qaldı, alimliklə məşğul oldu. Hətta Nazim Hikmətin Mikayıl Rəfili haqda mən dediyim nüansdan bəhs edən ayrıca bir şeiri də var. Sərbəst şeirə keçişin tarixi zərurəti bundan irəli gəlirdi ki, biz artıq motor, təyyarə dövründə idik. Yadınıza “Muğan”poemasından bir hissə salmaq istəyirəm. Səməd Vurğun “Muğan” poemasında ekskavator sözünü çox işlədir və on bir hecada ekskavator sözü çox eybəcər görünür. Orda bir misra işlədir ki, ekskavator sözü yoxdur Sarvanımın öz dilində. Bu o deməkdir ki, məni bağışlayın, bu söz burda işləndiyi üçün mən əziyyət çəkirəm. Amma artıq sərbəst şeirdə, son model kompyuter əməliyyatları, telefon adlarını istifadə etmək asandır. Elə bir söz, ifadə tapmaq mümkün deyil ki, onu sərbəst şeirdə istifadə etmək mümkün olmasın. Bilirsiniz ki, qoşma at yerişinin taktları üzərində yazılır, qəzəl isə dəvə yerişinin. Biz təyyarə, raket əsrinin insanları olaraq at yerişi, dəvə yerişi ilə içimizin ritmini ifadə edə bilmərik. Biz ayrı intonasiya ilə yaşayırıq. Mən bura atla gəlməmişəm, maşınla gəlmişəm.
S. Akifqızı
- Telefon xəttində tənqidçi Vaqif Yusiflidir. Siz necə düşünürsünüz, doğurdanmı aşıq ədəbiyyatından müasir ədəbiyyata gəlmiş formalar ölümə məhkumdur?
Vaqif Yusifli
- Mən ümumiyyətlə elə düşünmürəm. Bu cür düşünənlər də çox yanlış düşüncə sahibidirlər. Azərbaycan poeziyasında, poeziya tarixində aşıq şeirinin də, heca şeirinin də, sərbəst şeirin də, əruz şeirinin də öz tarixi var. Biz indi əruz şeirini inkar etsək, onda yeddi-səkkiz əsrlik şeir tariximizi inkar etməliyik. Yaxud da aşıq şeirini. Ümumiyyətlə vaxtilə, altmışıncı illərə qədər bu cür mübahisələr baş verirdi. Heca şeiri ilə sərbəst şeiri döyüşdürürdülər və burdan da mənasız mübahisələr meydana çıxırdı. Şeiriyyət sözünün ərəbcə mənası zəriflik, gözəllik, ahəngdarlıq deməkdir. Bu zəriflik, ahəngdarlıq həm aşıq şeirində ola bilər, həm əruzda, həm də sərbəstdə. Kimin hansı vəzndə, hansı ölçüdə yazmasının məsələyə dəxli yoxdur.
S. Akifqızı
- Amma iddialar var ki, köhnə formalar müasir tələblərə cavab vermir, elm-texnika o qədər inkişaf edib ki, ortaya çıxan yeni sözləri yeddilik, səkkizlik şeirlərlə ifadə etmək mümkün olmur.
V. Yusifli
- Elə düşünmürəm. Ümumiyyətlə hansı fikri, hansı formada ifadə etmək şairin öz istedadından asılıdır. Özü də hələ bu sərbəst şeir adı altında, danışıq forması şəklində olan şeirlər, içində bayaq dediyim ritm, ahəngdarlıqdan əsər-əlamət olmayan şeirlər indi ədəbiyyatımızda çoxdur. Heca vəznində yazılmış qoşmalar və gəraylılardan sanki konveyer ağzından çıxmış minlərlə şeir var ki, orda heç bir duyğu yoxdur, sadəcə qafiyələr düzülüb. Yaxud sərbəst şeir adıyla oxuculara sırınan bu cür şeirlərlə. Nə olsun texnika əsridir, ona görə şeirdən incəlik, gözəllik getməlidirmi?
S. Akifqızı
- Azad bəy, bəlkə qafiyə axtarışı, fikrini izah etmək şairləri yorduğu üçün formadan imtina edirlər ki, sonra öz yazdıqları ədəbiyyat kimi görünsün?
Azad Yaşar
- Əslində dilimizdə müəyyən qafiyələr sistemi var. Yadımdadır Mayakovski haqqında oxuyanda öyrənmişdim ki, onun xüsusi qafiyələr dəftəri varmış ki, yol gedəndə, boş olanda ora qafiyələr tapıb yazırmış, sonra isə onun üzərinə şeirlər yazırmış. Halbuki qafiyə də, bölgü də, bənd də fikrə xidmət etməlidir, fikir onlara xidmət etmir. Bunlar sanki bir ustanın sənətini icra edərkən istifadə etdiyi əşyalardır, alətlərdir, materiallardır. Bunlar mənanın, hissiyyatın, şeiriyyatın önünə keçməməlidir.
Ş. Ağayar
- Fikrimiz səhv anlaşılmasın ki, guya biz deyirik min illik şeirdən imtina etmək lazımdır. Xeyr, mən indi burda dayanmadan bir saat yalnız qoşma deyə bilərəm. Biz bu şeirləri sevirik, danılmaz məsələdir, amma bunlar artıq bu gün funksionallığı olmayan şeirlərə çevrilib. Bu gün Maştağa, Novxanı, Nardaran kəndlərində çox yaxşı qəzəl yazan, istedadlı adamlar var, amma onların ədəbi mühitə çıxması, hansısa bir funksionallıq yaratmaq, ədəbi prosesə təsir etmək imkanları yoxdur. Bu gün Azərbaycanın gündəmini yaradan şeirlər qoşma və qəzəllər deyil. Bu gün o funksiya sərbəst şeirin üzərindədir. Hətta mübahisəlidir ki, dünyada ədəbiyyatın istiqamətini təyin edən şeirdirmi. Şeir özü vaxtını bitirib. Dünya iri həcmli nəsrə, romana keçib.
Azad Yaşar
- Arzu edərdim ki, bizim yeni ədəbiyyata, söz sənətinə həvəs göstərən yazarlarımız heç də min illik bayatı təcrübəmizdən, aşıq şeiri ənənəmizdən, divan ədəbiyyatımızdan imtina etməsinlər, əksinə onları öyrənə-öyrənə sərbəst şeirə doğru yol getməyi öyrənsinlər.
S. Akifqızı
- Vaqif bəy, sizin fikriniz necədir, qəzəldən qoşmaya, qoşmadan sərbəst şeirə doğru gedən yol enişə doğru gedir yoxsa yüksəlişə doğru? (ardı aşağıda)
(Aşıqlar ansamblı: "Alınmaz qaladır sovet ölkəsi...")
V. Yusifli
- Poeziya köhnəni inkar edib yeninin üzərində bəzəkli saraylar qurmaqdan ibarət deyil. Sərbəst şeirin də öz yeri var, heca şeirinin də. Qəzəli, heca şerini heç cür bu xalqın canından, qanından çıxarmaq olmaz. Sərbəst şeir də lazımdır. Sərbəst şeirin yeni variasiyaları, çalarları ortaya çıxır. Amma demək olmaz ki, güya dünya şeiri ancaq sərbəst şeir üzərində qurulub. Guya sərbəst şeir qloballaşmanı yaxşı ifadə edir, yalandır. Yaxşı şeir hecada da yazıla bilər, qoşmada da, sərbəst də.
Şərif Ağayar
- Bu gün heç bir heca şairi Azərbaycan ədəbiyyatında ciddi bir hadisə törədə bilmir, ancaq tutaq ki, gənc şairimiz Aqşinin sərbəst şeirlərdən ibarət maraqlı bir kitabı çıxdı, ya da Həmid Herisçinin çox gözəl şeirlər kitabı çıxıb. Məsəlçün Murad Köhnəqala qoşmanı ən gözəl yazanlardan biridir, amma bu gün o sərbəst şeirlərlə məşğuldur və hətta o şeirləri ironik postmodern şeirlərdir. O ki, qaldı aşıq və muğama, bizim onlarla söhbətimiz tutmaz. Bu gün heç bir aşıq qucağına saz alıb qoşma oxuya-oxuya onu hansısa bir istiqamətə apara bilməz.
A. Yaşar
- Sovet vaxtı bizim aşıqlar Stalin kitelinə oxşar paltarlar geyinib xarici qonaqların, Moskvadan gələn qonaqların qarşısına çıxıb sırf ideoloji şeirlər oxuyurdular. Bunlar yaltaq şeirlər idi. Aşıq ədəbiyyatını məhv eləyən əsas məqamlardan biri bu yaltaq şeirlərdir.
S. Akifqızı
- Sovet ideologiyasını mədh eləyən başqa şairlər də vardı. Məsəlçün Rəsul Rzanın “Lenin poeması” var.
Ş. Ağayar
- R. Rza məddahların komandanı idi.
A. Yaşar
- Səməd Vurğunun “Zamanın bayraqdarı” poemasında “Partiyamızdır” adlı qoşması var ki, məddahlığın zirvəsidir. Orda bütün rədifləri partiyamızdır sözüylə bitir. Onun sözündən belə çıxır ki, bütün keçmiş, gələcək, hər şey partiyadır. Bu gün o nə dərəcədə aktualdır? Yeri gəlmişkən aşıq şeiri üzərində yazılan bu qoşma özü aşıq ədəbiyyatının dəfni oldu.
S. Akifqızı
- Altay bəy, aşıq ədəbiyyatı və onun şeir formalarının müasir dövrün tələblərinə cavab vermədiyi iddiaları səslənildi, razılaşırsınızmı bu fikirlərlə?
Aşıq Altay
- Burda razılaşdığım və razılaşmadığım fikirlər var. Aşıq sənəti çox möhtəşəm sənətdir, ona bir-iki cümlə ilə qiymət vermək çətin olardı. Ancaq o fikirlərlə razılaşmıram ki, bütün aşıqlar məddah olmuşdular. Bəli, bütün sənətlərdə məddahlıq var, sərbəst vəzndə yazan şairlərin də yaradıcılığında məddahlıq olub. Yüz il, iki yüz il əvvəl məddahlıq geniş yayılmışdı. Gəlin bir də Qurbaniyə nəzər salaq, o, on altıncı əsrin böyük aşıqlarından biridir. Gəlin el-oba arasında bir sorğu keçirək görək el-oba sərbəst şeiri çox bilir, yoxsa aşıq şeirini. Mən bunu aşıq olduğuma görə demirəm. Aşıq şeiri elin-obanın həyat tərzidir. Bizim nənələrimiz, babalarımız bayatı dili ilə danışıblar. Əgər aşıq şeirinə belə geridəqalmışcasına baxsaq onda bizim möhtəşəm dastanlarımız nə olacaq?
Ş. Ağayar
- Mən bir fikir bildirmək istəyirəm Aşıq Altayın sənətinə hörmət edirəm, ancaq Altay qalstuk taxır, kostyum geyinir, yəqin “cip”i də var, mobil telefon da işlədir, internetə girib bizim yazılarımızı da izləyir, bir yandan da deyir ki, bizim nənələrimizin danışdığı söhbətlə ədəbiyyat qurmalıyıq. Nənə getsin xalçasını toxusun, nənəylə ədəbiyyatın nə işi. Ədəbiyyat elmdir, ciddi bir məsələdir. Biz Nobel alan romançıların qabağına gəraylıyla çıxa bilmərik. Gəraylını evimizdə bir xalça kimi əziz yerdən asa bilərik, onunla fəxr edə bilərik.
Aşıq Altay
- Biz bu dəqiqə Azərbaycan mədəniyyətini, dilini dünyada təbliğ edib qorumalıyıq.
Ş. Ağayar
- Altay bəy, Afrikada minlərlə tayfa yaşayır və hər tayfanın yüzlərlə aşığı var, hərə öz aşığını Avropaya gətirsə orda adam əlindən tərpənmək olmaz. Türkiyə aşıqlarla doludur, onların hansı gedib Avropanı fəth edib. Bunlar mənasız təbliğatlardır.
S. Akifqızı
- Altay bəy, aşıq ədəbiyyatından bizə irs qalmış qoşma, gəraylı kimi şeirlər dünya miqyasına çıxa bilərmi?
Aşıq Altay
- Bunlar başqa-başqa şeylərdir. Yazılı ədəbiyyat başqadır, aşıq ədəbiyyatı başqa. Əgər on altıncı əsrdən bu günə qədər o aşıq şeiri gəlib çıxa bilibsə, bu gün də gəraylı, qoşma yazılırsa deməli yenə qalacaq. Doğrudur, içində zəifləri də var, məddahları da var. Amma Azaflı Mikayıl kimi bir aşıq necə tarixdə qalmasın.
Debatın videoyazısı