-
Talışlar əsasən iki ölkədə - İran İslam Respublikası və Azərbaycanda kompakt şəkildə yaşayırlar. Onlar İranın Gilan vilayətinin Talış, Rizvanşəhər, Masal, Astara, Fuman, Nəmin, Anbaran ərazilərində məskunlaşıblar. Azərbaycanda isə talışların kompakt yaşadıqları ərazilər Astara, Lənkəran, Masallı, Lerik rayonlarını əhatə edir. Bu ərazidə olan məktəblərdə 4-cü sinfə qədər həftədə bir dəfə talış dilində dərs deyilir.
1-Cİ SİNİFDƏN 4-CÜ SİNFƏ KİMİ TALIŞ DİLİNDƏ DƏRS KEÇİRİLİR...
Astara təhsil şöbəsinin metodika mərkəzin direktoru Adil Rzayev deyir ki, məktəblərdə talış dili lazımi səviyyədə keçir.
“Tədris planına əsasən hər il rayonumuzun 63 məktəbinin 1-ci sinfindən 4-cü sinifə qədər talış dilinin tədrisi aparılır. Bu sahədə hazırlanmış proqrama əsasən hər sinifdə 2 saat olmaqla tədris edilir. Tədrisə diqqət artırlır, müzakirə olunur. Tədris proqramları var, dərsliklər var, məktəblərə paylanılıb. “
Direktorun sözlərinə görə, heç bir dövlətdə talış dili ilə bağlı dərslik və proqram olmayıb:
“YEGANƏ DÖVLƏTİK Kİ, BİZDƏ TALIŞ DİLİ TƏDRİS OLUNUR”
“Yeganə dövlətik ki, bizdə talış dili tədris olunur. Talış dilinin dərslikləri tam şəkildə olmasa da, sinifləri əhatə edir. O qədər də böyük problemlərimiz yoxdur. Dərsliyi tam şəkildə yenidən çap etməyə ehtiyac var.
Dilimizdə dərsliklərə diqqət artırılır. Bu sahədə problemimiz yoxdur. Bizim məktəblərdə talış xalqının nümayəndəsi olmaqla yanaşı, bəzən digər xalqların nümayəndələri də olur. Onlar böyük maraqla bunu oxuyurlar. Çünki bunun da əlifbası var, 29 hərfi var, uşaqlar da o dili sevə-sevə öyrənirlər. “
Astara rayonun 92 kəndi, 2 qəsəbəsi və bir şəhəri var. Rayonda elə kəndlər var ki, orda ancaq Azərbaycan türkləri yaşayır. Lakin elə kəndlər də var ki, əhalinin əksər çoxluğu talışlardan ibarətdir. Ərçivan qəsəbəsində də yaşayanların əksər çoxluğu talışlardır.
Həbsxanada vəfat edən “Tolişi sado” qəzetinin keçmiş redaktoru Novruzəli Məmmədov da bu kənddən idi. Qəsəbədə əsas ünsiyyət vasitəsi talış dili hesab olunur.
Ərçivan qəsəbəsinin orta məktəb müəllimi Malik Həsənovun dediyinə görə, talış dilinin işlədilməsi ilə bağlı heç bir problem yaşanmır. Lakin bir çox həlli vacib məsələlər də var.
“TALIŞLARIN TARİXİ İLƏ BAĞLI HEÇ NƏ YOXDUR”
“Azərbaycan dövlətində talış dilini zənginləşdirmək üçün heç bir problem yoxdur, məhdudiyyət yoxdur. Sadəcə burda bu xalqın özünün nümayəndələrinin təşəbbüskarlığı lazımdır. Hansı mənada?
Misal üçün, Azərbaycan dilinin tədris olunduğu orta məktəblərdə hər sinfə ibtidai siniflərdən başlayaraq həftədə bir dəfə olmaqla bir saat talış dili keçirilir. O talış dilinin dərsliyi də var. Onun əlifbası kiril əlifbasıyladır.
Mövzuları Azərbaycan tarixi ilə bağlıdır, amma talış tarixi ilə bağlı, ailələri ilə bağlı orda mövzular yoxdur. Ana dilinin talış dilindəki variantıdır. Bizim orta məktəblərdə də o talış dili yaxşı tədris olunmur. Yəni dərindən tədris olunmur, diqqətlə öyrədilmir .Ona görə, bizim uşaqların marağı azalır.”
Malik Həsənovun dediyinə görə, talış dilində hazırlanmış dərsliklərdə də çoxlu nöqsanlar var. O deyir ki, talışların yaşadığı ərazilərdə ləhcələr çoxdur. Odur ki, ortaq dərslik hazırlanmalıdır:
“BURADA MASALLI LƏHCƏSİ BAŞQADIR, LERİK LƏHCƏSİ BAŞQA...”
“Orda elə sözlər var ki, Astara ləhcəsi ilə deyil, Lerikin zuvanda ləhcəsi ilədir. Yaxud Lənkəran ləhcəsi ilədir. Burda Masallı ləhcəsi başqadır, Lerik ləhcəsi başqadır, Lənkəran ləhcəsi başqadır. Bu fərqlər də var. Orda elə sözlər var ki, bizim Astarada işlətmirik, amma dərslikdə var. Belə problemlər var.
Amma bunu aradan qaldırmaq olar. Dövlət buna məhdudiyyət qoymur, dövlət bunun üçün saat ayırıb. Tarixən Azərbycanda talış dilində dərs keçilməyib, məktəbi olmayıb. Dövlət bu şəraiti yaradırsa, məhdudiyyət bu xalqın içindən gəlirsə burda başqa söhbət ola bilməz. “
Ərçivan qəsəbəsində 10 minə yaxın əhali yaşayır. Burada yaşayış evləri sıxdır. Qonşular arasında da əsasən talış dili işlənir. Elə türk ailələri var ki, ailəsində talış dilində danışılır.
Burda söhbət edən iki nəfərdən birini Azərbaycan türkcəsində, digəri isə talış dilində danışan görsən təcüblənmə. Bir- birini çox yaxşı başa düşürlər və anlayırlar.
Ərçivan kəndinin təzə məhəlləsindəyik. Bu məhəllədə yaşayan Vaqif Məmmədov deyir ki, ailəsində hamı talış dilində danışır. Özü ali təhsilli mədəniyyət, həyat yoldaşı isə rabitə işçisidir. O deyir ki, talış tarixinin araşdırılmasına ehtiyac var. Vaqif Məmmədovun dediyinə görə, məktəblərdə talış dili zəif keçirilir.
“ASTARA RAYONUNDA TALIŞ DİLİ TƏDRİS OLUNMUR”
“Çox təəssüf olsun ki, Astara rayonunda talış dili tədris olunmur, ancaq kağız üzərində qalır.”
Onun dediyinə görə, talış dilli mətbuatın olmaması da bu dilin itməsinə şərait yaradır. O Cənub tv-də talış dilində verilişlərin verilməsini vacib sayır.
“Mənim bir neçə təklifim olub. Cənub tv-yə ,hətta yazılı formada müraciət etdim. Ayda iki dəfə talış şairlərinin, talış yazıçılarınn, talış idmançılarının, görkəmli adamları televiziyaya dəvət edilsin. Onlar imtina etdilər.”
Talış dilində şeirlər yazan Astara rayon Qəcimardə kənd orta məktəbin müəllimi Nəriman Qəzənfərov deyir ki, bu dildə şeir kitabı çap etmək elə də çətin deyil. Əsas maliyyə məsələsidir.O sözünü talış dilində şeirlə yekunlaşdırır.
Statistik məlumatlara görə İranda 141 min(2013), Azərbaycanda 111 min(2009) talış yaşayır. 1979-cu ilin siyahıya alınmasında talışlar Azərbaycanlı kimi qeydə alınıblar. Bu gün də bir qrup talışın öz milli mənsubiyyətini azərbaycanlı kimi göstərdikləri bildirilir.
2009-cu ilin siyahıya alınmasına görə, Lənkəranda 51125 nəfər, Astarada 38207 nəfər, Masallıda 15675 nəfər , Lerikdə 2281 nəfər talış yaşayır. Talış dilində çıxan “Tolişi sado” qəzetinin redaktoru Hilal Məmmədov həbs edilib. Artıq bundan sonra qəzet çap edilmir. Azərbaycanda 248 məktəbdə 1716 sinifdə talış dilində dərs keçirilir.