-
“Diktatura istənilən ölkə üçün bəladı, qəddarlığın və korrupsiyanın mənbəyidi, onun açdığı dərin yaralar uzun müddət sağalmır, millətin gələcəyini zəhərləyir, demokratiyanın dirçəlməsinin qabağını alır”.
2010-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Peru yazıçısı Mario Vargas Llosa-nın Nobel nitqindən.
“Peru həmişə ürəyimdədi, çünki orada doğulmuşam, böyümüşəm, mənim şəxsiyyətimi formalaşdıran uşaqlıq və gənclik təcrübəmi orada keçirmişəm, orada sevmişəm, nifrət etmişəm, sevinmişəm, əzab çəkmişəm, xəyallara dalmışam. Orada baş verənlər başqa yerdə olanlardan məni daha çox həyəcanlandırır, təsir eləyir. Bu mənim istəyimdən asılı deyil – bu, sadəcə, belədi.
Bəzi həmvətənlilərim məni satqınlıqda günahlandırıblar, sonuncu diktatura dövründə demokratik ölkələri rejimə qarşı diplomatik və iqtisadi sanksiya tətbiq etməyə çağırdığıma görə məni, az qala, vətəndaşlıqdan məhrum etmişdilər. Ancaq mən hər növ diktatorlara – Pinoçetə, Kastroya, Əfqanıstandakı taliblərə, İrandakı imamlara, CAR-dakı irqçiliyə, indi Myanma adlanan Birmadakı poqonlu müstəbidlərə qarşı da eyni çağırışları etmişəm.
Əgər mənim ölkəmdəki kövrək demokratiyanı məhv edən yeni çevriliş baş versə - yəqin perulular buna imkan verməz – mən sabah yenə eyni hərəkət eləyərəm. Hər şeyi öz arşınlarıyla ölçən bəzi cızma-qaraçıların güman etdiyi kimi bu heç də incik adamın tələsik, emosional hərəkəti deyildi.
Mən qəti əmin idim ki, diktatura istənilən ölkə üçün bəladı, qəddarlığın və korrupsiyanın mənbəyidi, onun açdığı dərin yaralar uzun müddət sağalmır, millətin gələcəyini zəhərləyir, demokratiyanın dirçəlməsinin qabağını alır.
Ona görə diktatura rejimlərinə qarşı, iqtisadi sanksiyalar da daxil olmaqla, bütün vasitələrlə mübarizə aparılmalıdır. Kədərli haldı ki, demokratik ölkələrin hökümətləri başqalarına nümunə olsun deyə öz ölkələrindəki diktaturaya qarşı cəsarətlə mübarizə aparan Kubadakı “Ağ paltarlı xanımlar” təşkilatıyla, Venesuela müxalifətiylə, Ayn San Su Çji, ya Lyu Syaobo ilə çiyin-çiyinə durmaq əvəzinə, çox vaxt onlara zülm edənlərə yarınırlar. Bu qorxmaz adamlar həm də bizim azadlığımız üçün mübarizə aparırlar”.
Tərcümə: Saday Budaqlı
kultura.az