Kiyevdə Nazirlər Kabinetinin binasına yürüş olub

-
Kiyevin Müstəqillik Meydanında gecələyən avrointeqrasiya tərəfdarları dekabrın 2-də səhər Nazirlər Kabinetinin binasına yürüş ediblər.
Etirazçılar hökümət əleyhinə şüarlar səsləndiriblər.
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişləndirmə üzrə komissarı Stefan Fule öz twitter hesabında fikirayrılığının təcili həllini tapmalı olduğunu yazıb.
NATO-nun baş katibi Anders Foght Rasmussen bildirib ki, demokratik cəmiyyətlərdə siyasi problemləri zorakılıq və güc yolu ilə həll etmək olmaz.
Ukraynanın müxalif Udar partiyasının lideri Vitali Klitschko bütün dünyada yaşayan ukraynalılara müraciət edib və onları Kiyevə gələməyə çağırıb. Onun fikirincə Kiyevdə Ukraynanın "gələcəyi həll olunur".