Aşıq Şəmşirin şərəfinə beynəlxalq konfrans keçirilib

Arxiv Foto

-
Dekabrın 5-də AMEA Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığıyla Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın (www.science.gov) saytında verilən xəbərə görə, konfransda əvvəlcə Aşıq Şəmşirin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan, elecə də Türkiyə, İran, Rusiya, Qırğızıstanın elmi qurumlarını təmsil edən nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov açıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Abant İzzət Baysal Universitetinin (Türkiyə) bölüm başqanı, elmlər doktoru, professor Əli Yaman, Dağıstan Respublikasının Qarabudaq Kənd Gimnaziyasının müəllimi Ruqaniyat Musayeva, Qırğızıstanın Texniki Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının professoru Talantaali Bakçiyev və başqaları çıxış ediblər.

Qırğız manasçısı, qumuq aqaç-kumuzçusu, Savə (İran) cökürçüsü və Azərbaycan aşıqlarının ifasında müxtəlif dastanlar, aşıq sənəti nümunələri səsləndirilib.

Konfrans öz işini “Qurbani”, “Dadaloğlu”, “Manas”, “Aşıq Ələsgər” toplantıları ilə davam etdirib.