-
«Toyumuzdan 23 gün sonra Nicatı tutdular» – dekabrın 9-da 10 il həbs cəzası almış azadxəbər.org saytının baş redaktoru Nicat Əliyevin xanımı Zeynəb Əliqızı AzadlıqRadiosuna belə deyir.
Həmin gün Nicat Əliyevə və təqsirləndirilən daha 9 nəfərə hökm oxunub. Onlar Eurovision-2012 mahnı yarışmasından öncə ölkədə etirazlara çağırışda, milli, dini və irqi ayrıseçkilik salan ədəbiyyat yaymaqda, narkotik vasitələr saxlamaqda və digər cinayətlərdə ittiham olunurdular.
«HÖKMƏ HAZIR İDİK»
Zeynəb xanım artıq 17 aydır həbsdə olan həyata yoldaşına əvvəllər də hədə-qorxu gəlindiyindən hökmün onlar üçün gözlənilməz olmadığını deyir:
«Nicat haqsız yerə tutulmuşdu. Ona zülm olunmuşdu. Ağlasığmaz bir rəqəmlə həbs cəzası alacağını bilirdik. Artıq hazır idik bu hökmə. Nicat dini etiqad, mətbuat və söz azadlığından istifadə etmişdi. Sadəcə, Nicatın səsini boğmaq istəyirlər».
Zeynəb Əliqızı 10 illik cəzanın onu qorxutmadığını, ailəlikcə Nicatın arxasında durduqlarını söyləyir:
«Nə olur-olsun, Nicatın haqsız yerə tutulduğunu deyəcək və ona bəraət istəyəcəyik».
Bakı Ağır Cinayətlər Məhkəməsi Nicat Əliyevi 10, Elvin Nəsirov və Ceyhun Səfərlini 9, Qorxmaz Camalovu 7, Samin Hüseynovu 6, Valeh Abdullayevi 8, Elimxan Hüseynovu 7, Emin Tofidi və Səfər Məmmədovu 3 il 6 ay, Əli Əliyevi 4 il azadlıqdan məhrum edib.
Onların özü ittihamlarla razılaşmır və həbslərini Eurovision ərəfəsində Bakıda gey-parad keçirilməsinə etiraz kimi yaydıqları disklərə bağlayır. 2012-cü ildə Eurovision mahnı müsabiqəsi ərəfəsində LGBT (lesbiyan, gey, biseksual və transseksuallar) fəallarının Bakıda paradı olacağı haqda məlumat yayılmış, sonradan bu tədbir baş tutmamışdı.
VƏKİL: «YALNIZ ƏMƏLƏ GÖRƏ MÜHAKİMƏ ETMƏK OLAR»
Nicat Əliyevin vəkili Yalçın İmanov AzadlıqRadiosuna deyir ki, həbs kəsilən
şəxslər, sadəcə, öz dini əqidələriylə uzlaşmayan gey-parada etirazlarını dilə gətiriblər:
«Gey-paradın əleyhinə olan disklərdə 2011-ci il Quba etirazlarında, Nardarandakı aksiyalarda, eləcə də ANS televiziyasında (ATU-nun müəllimi Rəşid Məmmədov söyləyib) gey-parad əleyhinə səslənən fikirlərin konqlomeratı olub. Nicat Əliyev həmin disklərin hazırlanmasında deyil, yayılmasında iştirak edib».
Nicat Əliyevin məhz öz fikrinin ifadəsinə görə həbs olunduğunu, məhkəmədəki çıxışında da həmin məqamı vurğuladığını söyləyən vəkil belə cəzaların ortaçağ düşüncəsiylə üst-üstə düşdüyünə diqqət çəkir:
«İnsanı fikrinə görə deyil, yalnız əməlinə görə mühakimə etmək olar. Fikrə görə mühakimə orta əsrlərə xas xüsusiyyətdir. Bu, heç bir məntiqə, qanuna və əxlaqa sığmır».
Nicat Əliyev məhkəmədə son sözündə günahsız olduğunu, dini inancına görə Bakıda planlaşdırılan gey-parada etirazını bildirdiyini, hicabı müdafiə etdiyini söyləyib.
3 NƏFƏR ZALDA HƏBS OLUNUB
Məhkəmə haqlarında həbs-qətimkan tədbiri seçilməyən 3 təqsirləndirilən şəxs barəsində də azadlıqdan məhrumetmə hökmü çıxarıb. Həmin şəxslər Əli Əliyev, Valeh Abdullayev və Emin Tofididir.
Vəkil Yalçın İmanov bu həbsləri yeni təcrübə sayır:
«Bu vaxtadək təcrübə o idi ki, barəsində həbs-qətimkan tədbiri seçilməyənlər azadlıqdan şərti məhrumetmə cəzası alırdılar. Bu gün 3 nəfər elə zaldaca həbs olundu».
Son bir ildə Eurovision-2012 ərəfəsində Azərbaycanda terror aktı törətməyə cəhddə təqsirləndirilən azı 70 nəfərə hökm oxunub. Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində sözügedən müsabiqə ərəfəsində terror aktları hazırlamaqda ittiham olunan 29 müttəhimdən 3-ünə ömürlük həbs cəzası kəsilib. 13 nəfər 15 il, qalanları 9-10 il cəza alıb.