Müsavat Partiyası Milli Şuradan çıxdı

Müsavat partiyası

Müsavat partiyası

-
Müsavat Partiyası Milli Şuradan çıxdı. Bu barədə yayılan məlumatları Müsavatın funksioneri Mehman Cavadoğlu Azadlıq Radiosuna təsdiqləyib.

Yanvarın 5-də Müsavat Divanı bu qərarı verib.

Milli Şuranı 9 oktyabr seçkiləri ərəfəsində yazıçı, kinossenarist Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə bəzi siyasi və ictimai qüvvələr birgə təsis etmişdi. Qurum prezident seçkisinə vahid namizədlə qatılmışdı.