Fransalı müstəntiqlər hazırda koma vəziyyətində olan almaniyalı pilot Michael Schumacherin bu günlərdə Alp dağında yıxılmasını araşdırıblar.
Polisin sözlərinə görə 2 dəqiqəlik video görüntülər onun sürüşdüyü yolun təmiz olduğunu və Schumacherin normal sürətlə getdiyini göstərir.Həmçinin prokuror Patrick Quincy Schumacherin sürüşdüyü kurortun bütün təhlükəsialik normalarına cavab verdiyini deyir.
Formula-1 yarışmasının 11 dəfə qalibi olan Michael Schumacher ötən il dekabrın 29-da Fransada xizək sürərkən yıxılıb və kəllə-beyin silkələnməsi alıb.Başında iki dəfə cərrahiyə əməliyatı aparılsa da o hələ də koma vəziyyətindədir.
Ailəsi jurnalistləri onları rahat buraxmağa və həkimlərin işinə mane olmamağa çağırıb.