Şahmatçı Vüqar Həşimov vəfat edib

Vüqar Həşimov

-
Şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib.

apasport.az saytının məlumatına görə, o, başındakı bəd xassəli şişdən əziyyət çəkirdi.

Vüqar Həşimov 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.

Şahmat Federasiyası ilə arasında yaranmış münaqişə üzündən o, 2010-cu il olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.

Vüqar Həşimov 2011-ci ilin yanvarında İtaliyada keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.