-
«İşdən sonra» verilişində konfliktoloq Arif Yunus, ilahiyyatçılar Səmədağa Ağalarov və Yaşar Qurbanov Suriyada döyüşən azərbaycanlılar haqda danışıblar.
«DÖVLƏT TƏRƏFİNDƏN DİNƏ QAYĞI OLMALIDIR»
Arif Yunus Azərbaycan vətəndaşlarının Suriyada döyüşmələrini təəccüblü saymır:
«Qərblə islam ölkələri arasında siyasi və geosiyasi müharibə gedir. Bir çox ölkələrdən vətəndaşlar bu döyüşlərdə iştirak edir, hətta Avropa ölkələrindən də. Ona görə də azərbaycanlıların da vuruşması təəccüblü deyil. Suriyadan öncə Əfqanıstanda, Pakistanda da azərbaycanlılar vuruşublar. Azərbaycanlılar müxtəlif dəstələrdə vuruşurlar. Onların əksəriyyəti sələfilərdir. Sələfilərin arasında da parçalanma yaranıb. Ancaq döyüşlərdə iştirak edənlərin əksəriyyəti radikallar deyil, dindarlardır. Son günlər Suriyadan bəd xəbərlər gəlir. Mənim məlumatıma görə, orada təxminən 100-150 Azərbaycan vətəndaşı həlak olub. Yalnız yanvar ayında 7 nəfər ölüb…».
Konfliktoloq hesab edir ki, dindarlar ölkədən gedirsə, bunda hakimiyyətin də rolu var:
«Çox şey hakimiyyətdən asılıdır. İnsanlar harasa gedirlərsə, deməli, daxili siyasət düzgün qurulmayıb. Dövlət tərəfindən dinə qayğı olmalıdır. Dindarlara qarşı repressiyalar olmamalıdır…».
«SURİYADA BAŞ VERƏNLƏRİN İSLAMLA ƏLAQƏSİ YOXDUR»
Səmədağa Ağalarov Suriyada baş verənləri «ərəb baharı»nın nəticəsi sayır:
«Suriyada baş verənlər «ərəb baharı»nın xəzan dövrüdür. Dünya artıq bildi ki, «ərəb baharı» adlanan oyuncaq proses əslində nəyə köklənmişdir. Bu gün Suriyada insanlıq əleyhinə durmadan cinayətlər baş verir. Burada baş verənlərin islamla yaxından-uzaqdan əlaqəsi yoxdur. Uşaq öldürmək, günahsız insanları məhv etmək, xəstəxanaları qəsb etmək insanlığa sığmır. Suriyada demokratik dünya qurmaq istəyənlərin, əslində, heç demokratiyadan anlayışları yoxdur. Onlar qızlarına təhsil haqqı tanımayan düşüncə sahibləridir…».
«BAŞ VERƏNLƏR CİHAD YOX, FİTNƏDİR»
Yaşar Qurbanov Suriyadakı savaşın cihad yox, fitnə olduğunu deyir:
«Suriyaya müxtəlif etiqadlı insanlar gedir. Bunlardan «cihadçılar» və «təkbir camaatı» adlanan ideologiyaları qeyd etmək olar. Bəziləri isə televiziyadan aldıqları məlumatlardan emosiyalara uyurlar, elə zənn edirlər ki, həqiqətən orada cihad gedir. Əslində isə son hadisələr göstərir ki, müxtəlif camaatlar bir-birlərini qırırlar, fitnə baş verir. Baş verənləri dini cəhətdən «cihad» adlandırmaq mümkün deyil. Azərbaycandan gedənlərin çoxu «təkbir camaatı»dır ki, özlərindən başqasını kafir sayırlar…».