-
«İşdən Sonra» verilişində həmin illərin siyasi proseslərində iştirak etmiş Rəhim Qazıyev və Zərdüşt Əlizadə hadisələri təhlil ediblər.
Zərdüşt Əlizadə 20 Yanvarı qürür günü hesab etmir:
«20 Yanvar, sözsüz ki, hüzn günüdür. Xalq aldadılaraq tankların qabağına çıxarılıb, onlara divan tutulub. Bu hadisəylə qürur duymaq olmaz. Digər tərəfdən olanlardan kimlərin udub, kimlərin uduzmağına baxmaq lazımdır. AXC uduzdu, demokrartiya uduzdu. 60 il imperiyaya xidmət edən Heydər Əliyev qazandı».
Zərdüşt Əlizadə baş verənlərdə AXC-nin də günahının olduğunu deyir:
«Xalq ordunun atəş açacağını bilmirdi. Onları yalançı məqsədlərlə, guya Qarabağ naminə küçələrə çıxardılar. Baş verənlərdə 98 faiz günah respublika rəhbərliyində, iki faiz isə AXC-dədir. AXC üzvlərinin siyasi idarəçilik bacarıqları yox idi».
Rəhim Qazıyev ovaxtkı proseslərin idarəolunmaz olduğunu deyir:

«20 Yanvar hadisəsi imperiyanın hazırladığı qəddar bir plan idi. Bununla xalqın mübarizə əzmini qırmaq, gözünü qorxutmaq istəyirdilər. Mən o zaman hadisələrin içində olmuşam, Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda özümü ortaya atmışam. Biz küçələrə çıxanda bilmirdik ki, ordu atəş açacaq. Rəhbərlik söz vermişdi ki, atəş açılmayacaq, komendant saatı olmayacaq. Mən və mənim kimilərin o vaxtı elə gücü yox idi ki, nəhəng imperiya tanklarını hərəkətə gətirsin».