Taxtadan tarixi abidə - Nüqədi məscidi
Qubanın I Nüqədi kəndində bir əsrdən artıq yaşı olan Cümə məscidi.
Qubanın I Nüqədi kəndində bir əsrdən artıq yaşı olan Cümə məscidi.
Məsciddən dindarlar hal-hazırda ibadət yeri kimi istifadə etsələr də təmirə ehtiyacı olduğu çölündən də aydın görünür.
Məscid tarixi abidə kimi dövlət qeydiyyatından keçməsinə baxmayaraq məscid məsullarının dediyinə görə aidiyyatı orqanların gözündən iraq düşüb.
Beləki, məscidin vəziyyəti haqqında dəfələrlə aidiyyatı orqanlara müraciət olunmasına baxmayaraq hələ ki heç bir tədbir görülməyib. Məscid divarlarındakı çatlar günü-gündən daha da genişlənməyə başlayıb.

Bu məscidi digərlərindən fərqləndirən əsas amillərdən biri məscid içinin taxtadan əşləmələr və mozaikalarla zəngin olmasıdır.
Bu məscidi digərlərindən fərqləndirən əsas amillərdən biri məscid içinin taxtadan əşləmələr və mozaikalarla zəngin olmasıdır.
Məscidin ikinci mərtəbəsi tamamilə taxtadan qurulduğu üçün bura daha artıq qəzalə vəziyyətdədir. Döşəmə taxtalarının arasındakı boşluq getdikcə daha da genişlənir.
Məscidin ikinci mərtəbəsi tamamilə taxtadan qurulduğu üçün bura daha artıq qəzalə vəziyyətdədir. Döşəmə taxtalarının arasındakı boşluq getdikcə daha da genişlənir.
İkinci mərtəbədən məscidin ümumi görünüşü.
Məscidin giriş qapısı və ikinci mərtəbəyə qalxan taxta pilləkanlar.
Məscidin dirəkdən sütunları və taxta gümbəzi.
Əl işləmələri ilə bəzədilmiş taxta tavan və gümbəz.
Məscidin təmirə ehtiyacı olan mehrabı.
Məscidin ikinci mərtəbəsindən görünən məscid həyəti və minarə.
Məscidin qarla örtülmüş həyəti.
Həyətdəki hündürlüyü 40 m olan 490 yaşlı Çinar ağacı.
Ağacın diametri 230 sm-dir.
Məscidin minarəsi.
Minarə üzərində Hicri təqvimi ilə 1316 qeyd olunub.