102 yaşlı Fransalı velosipedçi Robert Marchand-ın öz rekordunu aşması xəbər verilib.
Associated Press agentliyi xəbər verir ki, cənab Marchand 2 il əvvəl 100 yaşlıların kateqoriyasında əldə etdiyi rekord nəticəni təzələyib.
O velosipedi saatda 27 kilometr sürətlə sürərək köhnə nəticəsini saatda 2.57 kilometr yaxşılaşdıra bilib.
Fransanın yeni Milli Velodromunda tamaşaçılar Robert Marchand-ı ayaq üstdə alqışlayıblar.
Uzunömürlü velosipedçi deyib ki, tamaşaçıların dəstəyi olmasaydı, bu nəticəni əldə edə bilməzdi.
Məsafəyə yürüş kateqoriyasında dünya velosiped rekordu hazırda bir saatda 50 kilometrdir.
Bu nəticəni Çexiya Respublikasından Ondrej Sosenka 2005-ci ildə göstərib.