"Azərbaycanfilm" ötən ilin yekunlar ilə bağlı mətbuat konfransı keçirib

"Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası fevralın 12 də ötən ilin yekunlar ilə bağlı Mətbuat Konfransı keçirib.Konfransda ötən il çəkilən filmlər, keçirilmiş tədbirlər və layihələr barədə məlumat verilib.

Kinostudiyanın rəhbəri Müşfiq Hətəmov Azərbaycan filmlərinin yayım qaydalarının düzgün qurulmadığını bildirib. O həmçinin 10 gənc rejissorun çəkdiyi filmlərin xarici şirkətlərin marağına səbəb olduğunu və bu filmlərin Avropada göstərilməsi üçün müəyyən danışıqlar aparıldığını deyib.