Iranda 100-dən çox azərbaycanlı fəalın həbs edildiyi deyilir

Iran Azərbaycanında 100-dən çox azərbaycanlı fəal həbs edilib.

Bu barədə Türkiyənin “Zaman” qəzeti məlumat yayıb.

Həbs edilənlərin Ana dili gününü qeyd edən Güney Azərbaycan Milli Hərəkatının üzvləri olduğu deyilir.

Qəzet yazır ki, həbslərin seçki dövründəki çıxışlarında qeyri-farslara öz dillərində danışmaq haqqı verəcəyini deyən Həsən Ruhaninin prezident kürsüsünə əyləşməsindən sonraya təsadüf etdiyi diqqət çəkir.

“Zaman” 75 milyon əhalisi olan İranda 30 milyona yaxın azərbaycanlının yaşadığının deyildiyini qeyd edir.