-
Postmodern teatrda aktyorlar öz rollarına nəsə qatmaq əvəzinə, sadəcə dramaturqun fikirlərinin təqdimatçısı, bəzən isə onun şərhçisi kimi çıxış edirlər...
Teatrımızın vəziyyətindən isə danışmağa söz tapmıram...
QİSMƏT
POSTMODERN TEATR VƏ TOM STOPPARD
XX əsrin 60-70-ci illərində, yəni II Dünya müharibəsindən sonrakı dönəmdə, sənətin bir çox növündə olduğu kimi dramaturgiyada da, teatrda da yeni axtarışlar başladı.
Bu dönəmdə Absurd teatr xüsusilə önə çıxdı.
Modernizm, inkişaf, proqres düşüncəsinə inamını itirən sənətçilər yeni yolların, təqdimatların, konsepsiyaların axtarışına başladılar ki, bu axtarışların da kökündə ənənəvi olandan imtina dururdu.
Sonradan postmodern teatr, postmodern dramaturgiya kimi adlandırılan, yaxud köhnə dillə desək, postmodern teatrın qaranquşları sayılacaq müəlliflər (Samuel Beckett, Tom Stoppard, Harold Pinter, Peter Handke) bu dövrdə avanqarda ciddi təpki göstərdilər.
Modernizmdə postmodernə keçid, teatrda Bekkettin adı ilə bağlıdır. Bekkettin absurd pyesləri bu mənada körpü hesab edilir.
Postmodern teatrda, təkcə XX əsrin o günə qədərki aparıcı sənət təmayülləri yox, Aristotelin dram qanunları, tragediya və farsın yenidən aktuallaşması, əsasən isə Absurd və tragikomizm, bir sözlə hər şey iç-içə keçdi, bir-birinə qarışdı, birləşdi. Postmodern dramaturqlar üçün köhnə, qədim, yeni, dünənki, bugünkü – hər şey istifadə edilmək üçün tükənməz mənbə, bir növ tarix anbarıdır.
Postmodern dram əsərlərində bütövlük yerinə fraqmentarlıq, keçmişlə gələcəyin eyni andalığı, anaxronizm, ironiya baş yerdədir. Burda bütöv, bitmiş, bitkin sujet inkar edilir, qeyri-mümkün sayılır, teatral illüziya effekti qəsdən sındırılır, tamaşaçı ilə birbaşa, fiziki təmasa qədər gedib çıxan interaktiv performanslar təklif olunur. Mərkəz artıq səhnə deyil, mərkəz tamaşaçıdır, seyrçidir.
Postmodern teatr “yeni”ni inkar edir, köhnənin təzədən və yeni təqdimatı məqbul sayılır, buna da zarafatla “Dinozavr teatrı” deyirlər.
Postmodern teatrda aktyorlar öz rollarına nəsə qatmaq əvəzinə, sadəcə dramaturqun fikirlərinin təqdimatçısı, bəzən isə onun şərhçisi kimi çıxış edirlər.
Postmodern teatr ənənəvi sənəti və siyasəti rədd edir, xarakteri, məzmunu inkar edir. Burdan o məna çıxmamalıdır ki, tutalım, siyasətin inkarı, apolitiklikdir, söhbət ənənəvi politikanın inkarından gedir.
Jan Fransua Liotar “rəqsin, musiqinin, mimikanın, dialoqun, mövsümün, zamanın, xalqın və heçliyin simmetriyası əvəzinə, səs-küyün, eləcə sözlərin, bədən jestlərinin, müstəqil obrazların və eyniandalığın” qabarıq olduğu bu yanaşmanı təqdir edirdi.
Postmodern pyeslərdə xarakterlər, personajlar müəllifin onlara yazdığı rolu icra etdiklərinin fərqindədirlər.
Postmodern pyeslər üçün bütün postmodern sənət nümunələrində olduğu kimi, intertekstuallıq, cərəyanların kokteyli, tarixi personajların metamarfozası, dekonstruksiyası və s. əsas yer tutur.
***
İngilis ədəbiyyatının ən önəmli dramaturqlarından hesab edilən Tom Stoppard 1937-ci ildə Çexoslovakiyada doğulub.
Stoppard dünyaya gələndə atası Eugune Straussler bir şirkətdə həkim işləyirdi. İkinci Dünya Müharibəsi vaxtı nasistlərin hücumları ucbatından Sinqapura qaçan, Sinqapurda isə yapon istilasına görə sığınacaq tapa bilməyən Tom Straussler, anası və qardaşı ilə birgə Hindistana qaçır.
Atası Sinqapurda ölən Tom, dörd il mühacir kimi Hindistanda yaşayandan sonra Tom Stopparda çevrilir. Çünki anası ingilis ordusundan mayor Kenneth Stoppard ilə evlənir və o, Stoppard soyadını götürür. Beləliklə, Tom bir anın içində nə Çex, nə də Hindistan vətəndaşı yox, İngilis vətəndaşı olur. Erkən yaşda ingilis dilini mükəmməl öyrənir.
Stoppard on yeddi yaşında Bristol şəhərində “Western Daily Press” qəzetində müxbir işləməyə başlayır. Bir müddətdən sonra teatra olan sevgisinə görə qəzetdə teatr yazıları yazmağa başlayır və çox keçməmiş özü də pyeslər yazmağa girişir.
Bir neçə uğursuz birpərdəlik pyesdən sonra Stoppard iyirmi yeddi yaşında ona böyük şöhrət gətirən və indiyə qədər ən yaxşı pyeslərindən biri sayılan “Rosencrantz və Guildenstern öldülər” əsərini yazır. Bu pyes 1967-ci ildə “Old Vic”də səhnəyə qoyulur və Stoppard “John Whiting” və “Evening Standard” kimi mükafatlara layiq görülür.
Bu pyesin populyarlığından sonra Stoppard “Akrobatlar”, “Həqiqi şey”, “Travestilər”, “Arcadia”, “Hind mürəkkəbi”, “Sevginin kəşfi” kimi şöhrətini möhkəmlədən əsərlər yazır.
Tom Stoppardın əsərlərində Bernard Shaw, Oscar Wilde, Samuel Beckett və Shakespeare-in təsiri sezilir. Stoppard öz pyeslərində Shaw-dan söz oyunlarına həssaslıq, intellektual və etik məsələlərin komizmlə ifadə edilməsini mənimsəyib. Bundan əlavə pyesin necə yazılması məsələsini vacib sayması ilə də Shaw-ya yaxındır.
Stoppard kommentariya, şərhvermə qabiliyəti yüksək olan bir sənətçi kimi Wilde-a həmişə böyük hörmət bəsləyib, belə ki, hətta Wilde-ın “The Importance of Being Earnest” (Ciddi olmağın əhəmiyyəti) adlı əsərindən bəzi parçaları olduğu kimi özünün “Travestilər” pyesində istifadə edib.
Stoppard məşhur “Rosencrantz və Guildenstern öldülər” pyesində Beckettin “Qodonu gözləyərkən” əsərinin struktur və məzmunundan istifadə edib. Fərq burasındadır ki, Stoppardda dialoqlar Beckettdəki kimi qısa deyil və absurd elementlər etik elementlərlə gücləndirilib, məntiqi çərçivədə artırılıb.
Stoppardın qəhrəmanları sanki Dekartın məşhur “Düşünürəm, deməli varam” fikrini, “danışıram, deməli varam” kimi dərk edən insanlardı. Onlar varlıqlarını sübut etmək üçün danışmağı seçiblər, dildən, sözdən ibarət insanlara çevriliblər.
Tom Stoppardın ““Rosencrantz və Guildenstern öldülər”” pyesinin mövzusu Şekspirin “Hamlet” əsərindən götürülüb. “Hamlet”dəki ikinci dərəcəli personajlar olan, Hamletin keçmiş universitet yoldaşı Rozenkrants və Qildenstern bu pyesdə əsas yerə keçiblər. Hadisələr “Hamlet”dəki kimi Elsinorda baş verir. Hadisə deyəndə ki, əslində, elə bir hadisə də yoxdur. (Ardı aşağıda)
Tom Stoppard özü bu pyes haqqında belə deyir: “Hamleti analiz edərkən, ilkin mərhələdə mənim pastiş etmək fikrim yox idi. Əsas marağım, fikrim, həm dramatik, həm də komik elementləri birgə işləyə biləcəyim bir vəziyyət yaratmaq idi. Bunu Şekspirin pyesindəki nə etdiyini bilməyən Roz və Qil xarakterlərində tapdım. Danışdıqları ən xırda şeydə belə həqiqət payı yox idi və niyə öləcəkləri haqqında heç nə bilmirdilər.
1960-cı illərin əvvəlində və sonrasında bir gənc dramaturq üçün bu, əla material idi. O dönəmdə on dramaturqdan səkkizində müəyyənlik və qeyri-müəyyənliyin birgə olduğu vəziyyətlərə maraq göstərirdi. Buna görə də pyes səhnəyə qoyulanda, çoxlu şərhlər verildi, yazılar yazıldı. Bu şərhlərin hamısı ağlabatan görünürdü, amma heç biri planlı deyildi.”
Pyesdə Rozenkrants və Qildenstern həyatdan gözləntisi olmayan, məqsədsiz yaşayan, konkret bir kimliyi sahib olmadıqlarını bilməyən xarakterlərdi. Onların bildiyi sadəcə budur ki, doğulublar, yaşayırlar və müəyyən vaxtdan sonra öləcəklər. “Hamlet” də olduğu kimi burda da onların həyat haqqında şüurları, düşüncələri yoxdur. Pyesdə özlərini təqdim edəndə belə bir-birinin adını səhv salırlar, Hamleti isə xatırlamaqlarının səbəbi sadəcə onu uşaqlıqdan tanımalarıdır. Əks təqdirdə xatırlaya biləcəkləri, özlərinin olan heç bir bilgiləri yoxdur, çünki yaddaşları yoxdur.
Onlar tez-tez keçmişdə anlıq fraqmentləri də unudurlar, sadəcə bugünə görə yaşayırlar, bu da onlara əzab verir, amma əsəbləşə də bilmirlər.
***
Tom Stoppardın “Travestilər” pyesinin mövzusu Oskar Uayldın “Ciddi olmağın əhəmiyyəti” əsərindən götürülsə də, tamam yeni, orjinal formada yazılıb. Pyesdə əhvalatlar Sürixdəki bir kitabxanada baş verir. Əsər Dadaizmin banisi Tzaranın qəzetlərdən kəsdiyi təsadüfi sözləri birləşdirərək yaratdığı bir şeiri oxuması ilə başlayır.
Bu arada James Joyce bir başqa masada əyləşib Uayldın əsərindən bu pyesə düşən Qven adlı personaja “Uliss” romanından bir parçanı yazdırır. Qəfildən səhnəyə Leninin həyat yoldaşı Nadya girir və masalardan birində oturmuş Leninə xəbər verir ki, inqilab olub.
Sonra isə səhnəyə pyesin baş xarakteri Henry Carr girir və uzun bir monoloqa başlayır. Carrın uzun monoloqunda Stoppard pyesi niyə belə yazdığını, siyasət və sənət haqqında nə düşündüyünü tamaşaçılarla bölüşür.
Pyes elə qurulub ki, birmənalı qənəatə gəlmək, baş verənlərin Carrın təxəyyülündə baş verdiyini, yoxsa Carrın bu baş verənlərin iştirakçısı olduğunu demək çətindir.