Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov bəyanatla çıxış edib. Bəyanatı “Media forum” saytına fevralın 27-də Bakı İstintaq Təcridxanasında Əli İnsanovla görüşən vəkil Toğrul Babayev təqdim edib.
Bəyanatda deyilir: “Azərbaycan hakimiyyəti beynəlxalq öhdəliklərini pozaraq Avropa İnsan Hüquqları Məhkəməsinin mənim barəmdə 2013-cü il martın 14-də çıxardığı qərarı icra etmədi. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi araşdırma aparmadı, müdafiə hüququmu kobud şəkildə pozdu, şahidləri çağırmadı, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını nəzərə almadı. Mənə qarşı irəli sürülmüş ittihamların heç biri məhkəmədə təsdiqini tapmadı. Məhkəmə mənim barəmdə bəraət hökmü çıxarmaq əvəzinə birinci instansiya məhkəməsinin 20 aprel 2007-ci il tarixli qanunsuz və qərəzli hökmünü qüvvədə saxladı.
Mən Bakı Apellyasiya Məhkəməsinin sifarişli və qərəzli qərarını alan kimi dərhal Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm. Eyni zamanda Avropa Məhkəməsi qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə şikayət edəcəm. Ümid edirəm ki, bu təşkilatlar Azərbaycan məhkəməsinin sifarişli qərarını ləğv edəcəklər. İnşallah”.
Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli məhkəmə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Ali Məhkəmə Plenumu onun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını olduğu kimi qüvvədə saxlayıb.