«Sovetski» sakinlərindən 4 nəfər sutkalıq həbs edilib

“Sovetski” sakinlərinin etirazı

-
«Həbsdə olan məhəllə sakinlərindən hazırda 4 nəfər sutkalıq həbsdədir. Saxlanan 7 nəfərdən 3-ü buraxılıb».

Bu haqda AzadlıqRadiosuna «Sovetski» məhəlləsinin sakinlərini təmsil edən Təşkilat Komitəsinin sədr müavini Tahirə Rzayeva məlumat verib.

Tahirə Rzayeva martın 8-də məhəllə qadınlarının etiraz aksiyası keçirəcəklərini də bildirib:

«Kişiləri tuturlar, gərək qadınlar aksiyaya çıxsın. Biz də bayramı belə qeyd etmək istəyirik».

Sonuncu dəfə «Sovetski» sakinləri martın 3-də etiraz aksiyası keçirmişdi. Məhəllə sakinləri hökumətin onların evlərinin hər kvadratmetri üçün 1500 manat təklifinə etiraz edirlər.