«Qazprom» Azərbaycan qazına qarşı

Qazprom-un loqosu Sankt-Peterburqda binanın damında reklam olunur. 14 noyabr 2013

-
Rusiyanın enerji nəhəngi Qazprom Azərbaycanın Şahdəniz layihəsi kimi rəqibləri ilə mübarizə üçün Avropa bazarında qiymətlərin endirməyi nəzərdə tutur. Bu barədə “Bloomberg” məlumat verir.

Agentliyin martın 20-də verdiyi məlumata görə 2015-ci ildə Norveçdən Avropaya qaz idxalının həcmi dəyişməsə də Əlcəzairdən alınan qazın həcmi azalır. İlkin hesablamalara görə gələn Avropa Birliyində yanacağa tələbatda da artım olmayacaq.

Məlumatda qeyd edildiyinə görə qiymətlərin aşağı olması Azərbaycanın Şahdəniz yatağından Avropaya qaz nəqlini və ABŞ-ın maye qaz nəqli üçün müəssisələrin yaradılmasını da az cəlbedici edə bilər.

Keçən ilin dekabrında Şahdəniz yatağından 2-ci mərəhələdə çıxarılacaq qazın Avropaya satışı haqda saziş imzalanıb. Bu yataqdan Avropaya qaz nəqlinin 2019-cu ildən başlanması planlaşdırılır.

“Bloomberg”ə görə Rusiya 2020-ci ildə Avropa bazarına daxil olmağı planlaşdıran rəqbi təchizatçılarla mübarizə üçün qiymətləri aşağı sala, beləliklə də bazarda mövcud olan aşağı qiymət alternativ layihələrə marağı azalda bilər.

Agentliyin məlumatına görə 2010-cu ildə Qazprom-un Avropa bazarlarındakı payı 22 faiz idisə, şirkət 2016-2018-ci illərdə bu payını 29 faizə qaldırmağı nəzərdə tutur.