Rüfət Əhmədzadə sumqayıtlı gənclərlə görüşdü

Rüfət Əhmədzadə

-

Yazıçı Rüfət Əhmədzadə sumqayıtlı gənclərlə görüşdü, onlara özünün “Adım anonim qalsın” kitabını avtoqrafla hədiyyə etdi.

Yazar bu kitabında qəhrəmanlarının çoxuna ad verməyib. Əksər qəhrəmanların adsız, cizgisiz və qeyri-ideal olması, danışa-danışa özlərini ifşa etməsi oxucunu düşünməyə, özünə yaxın cəhətləri görməyə vadar etmək üçündür.

Rüfət Əhmədzadə gənclərə, koordinatoru olduğu “Anamın kitabı” Ədəbi Mükafatı və pyes müsabiqəsindən də danışıb.

Tədbirdə Sumqayıtda yaşayan yazarlar Aydın Şahid və Günel Eyvazlı da iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.