Bakıda «Xəmsə» sərgisi açılacaq

Nizami Gəncəvi

-

Bakı Muzey Mərkəzinin Sərgi salonunda rəssam Məhər Məhərrəmovun Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş «Xəmsə» adlı fərdi sərgisi keçiriləcək.

Sərgi prezident yanında Gənclər fondunun maliyyə dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyətşünaslıq Üzrə Elmi-Metodiki Mərkəzin, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin, Gəncə Dövlət Rəsm Qalereyasının və «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə baş tutacaq.

Sərgidə Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan «Sirlər Xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi Gözəl», «İsgəndərnamə» poemalarına rəssamın vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 əsəri göstəriləcək.

Layihənin rəhbəri rəssam Məhər Məhərrəmovdur.

Sərgiyə giriş sərbəstdir.

Sərgi aprelin 15-də saat 18.00-da Muzey Mərkəzinin Sərgi salonunda açılacaq.