Yurd TV bağlanıb- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Yurd TV bağlanıb

-

Yurd TV internet televiziyasının bağlanma xəbəri yayılıb.

Bu haqda qərarın aprelin 10-da axşam saatlarında qəbul olunduğu bildirilir.

AzadlıqRadiosunun televiziyanın ofisi qarşısında olan müxbiri xəbər verir ki, redaksiyada köç əhval-ruhiyyəsi var.

Yurd TV-dən televiziyanın bağlandığını təsdiqləyiblər, ancaq səbəbləri barədə məlumat verilməyib. Bildirilib ki, bu, təsisçilərin qəbul etdiyi qərardır.

Yurd TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. İnformasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.

Yurd TV-nin bu yaxınlarda Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən kənarlaşdırılan Elnur Aslanova bağlılığı barədə spekulyasiyalar var. Aslanov bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunub.

Yerli media və sosial şəbəkələr Elnur Aslanovun «nurçu»larla bağlılığından yazıb. O isə özü haqqında yazılanları şərh etməyib. Onun «nurçu»ların hazırda Pensilvaniyada yaşayan lideri Fetullah Gülen-e «elnur_aslanov» ünvanlı e-mail-dən göndərdiyi iddia olunan məktubu da yayılmışdı.