-
Azərbaycanda "Kickstarter" mümkündürmü?
Film çəkmək istəyirsən? Pul tapa bilmirsən?
Hə, sənin işin doğrudan da çətindi.
Müstəqil prodüser şirkəti yox ki, ortaya düşüb maliyyə axtara.
Dövlətin idarəsi də ancaq "sadiq bəndə"lərə pul verir, üstəlik də əlindəki qayçını hazır tutub deyir ki, çəkib qurtaran kimi gətir baxım...
İllərlə, onilliklərlə beynində "hazır film" gəzdirənlər var ki, indən belə də həmin arzuların nə vaxt çin olacağını bilmirlər.
Amma Qərbdə 5 il əvvəl yaranmış və yetərincə populyarlıq qazanmış bir layihə Azərbaycandakı yaradıcı insanlara da ideya verə bilər:
"KİCKSTARTER"
Bu sayt 2009-cu il aprelin 28-də New York-da yaradılıb.
Burada filmlər, kompüter oyunları, musiqi layihələri, yeni ixtiralar üçün pultoplama kampaniyaları keçirilir.
Pulu verənlərsə əsasən adi adamlardır.
Məsələn, elan edirsən ki, filan mövzuda komediya çəkmək istəyirsən, işə başlamaq üçünsə sənə 30 min dollar lazımdır.
Və əgər filmin ideyası donorların xoşuna gəlirsə, 10 dollardan bir neçə min dollara qədər iyanə verə bilərlər.
Sistem belə işləyir: həmin 30 min dolları toplamaq üçün saytda, tutalım ki, 10 gün möhlət qoyulur, əgər həmin müddətdə xahiş edilmiş məbləğ yığılırsa, layihə baş tutmuş sayılır, yarımçıq yığılırsa, pullar sahiblərinə qaytarılır.
Lap hotel rezervasiyası kimi. Donor pulu verəcəyini kartıyla təsdiqləyir, amma layihə alınmırsa, pul hesabından çıxarılmır.
On-line ödəmələr üçün Amazon Payments sistemindən istifadə olunur.
ƏN UĞURLU LAYİHƏLƏR
Məsələn, "Veronica Mars" filmi üçün "Kickstarter"də 6 milyon dollara yaxın pul yığılıb.
Yaxud mobil telefonla "Bluetooth" əlaqəsi olan, gələn zəngləri, SMS-ləri, e-mail-ləri qəbul etməyə imkan verən "Pebble" saatlarının istehsalı üçün 10 milyon dollardan çox maliyyə də "Kickstarter"də toplanıb. Onminlərlə donordan.
Layihəsini təqdim edənlər isə donorlara buraxacaqları mala güzəştlər, yaxud çəkəcəkləri filmin personajlarının rəsmi olan maykalar, başqa suvenirlər boyun olurlar. Hətta, məsələn, kimsə 2 min dollar vəd edərsə, onun özünün obrazını çəkiləcək animasiya filminə daxil etmək mümkündür.
Düzdür, "Kickstarter"də fırıldaqçılara da rast gəlmək olur, asan yolla pul qazanmaq istəyən dələduzlara da, amma bütün bunlara baxmayaraq layihə indiyəcən on minlərlə kreativ insana dəstək olub.
Dünyanın istənilən ölkəsindən "Kickstarter"dəki proyektlərə pul köçürmək olar, amma proyektlərin özləri əsasən ingilisdilli ölkələrdən - ABŞ, Britaniya, Kanada, Yeni Zellandiyadan qəbul edilir.
FACEBOOK KIMI NƏHƏNG PLATFORMA VAR...
"Kickstarter"ə bənzər layihənin Azərbaycanda da reallaşdırılması mümkün ola bilər.
Əgər nəzərə alsaq ki, layihələrin tanıdılması üçün Facebook kimi nəhəng platforma da var.
Məsələn, elə 6-7 dəqiqəlik qısa filmlərin çəkilişi niyə də bu yolla gerçəkləşməsin.
Bu həm də yaradıcı insanla onun donoru (başqa sözlə tamaşaçısı) arasında səmimi münasibətin əsasını qoyardı.
Ortaya elə bir məhsul qoymalısan ki, sonrakı layihənə də pul versinlər.
"Oxu zalı"